IQNA

Türkiyənin Baş Nazirinin müavini:

Paris hadisəsinin əsas qurbanları İslam ölkələrinin vətəndaşlarıdırlar!

8:42 - January 14, 2015
Xəbər sayı: 2707373
Beynəlxalq qrup: Yalçın Ağdoğan – Türkiyə Baş Nazirinin müavini, dünən elan etdi: Paris terror hadisəsinin əsas qurbanları İslam ölkələrinin vətəndaşlarıdırlar!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Yalçın Ağdoğan – Türkiyə Baş Nazirinin müavini, dünən, həftənin birinci günü, 12 yanvar 2015-ci il tarixində  bir TV proqramda öz çıxışı zamanı elan etdi: Paris terror hadisəsinin əsas qurbanları İslam ölkələrinin vətəndaşlarıdırlar! Keçən həftə Parisdə baş verən terror hücumlarından sonra dünyada islamofobiyanın daha da çoxaldığını müşahidə edirik.
O vurğuladı: Hər gün, hər həftə və hər ay İslam dünyasında bir qrup insanların terror qurbanına çevirildiyinin şahidi oluruq.
Yalçın Ağdoğan – Türkiyə Baş Nazirinin müavini, İslam dünyasında Parisdəki hadisədən öncə baş verən terror hadisələrinə işarə edərək dedi: Dünya və beynəlxalq ictimaiyyət İslam dünyasında baş verən terrorlara da Parisdə və qərb dünyasında baş verən terror hadisəsinə münasibət bildirdiyi kimi münasibət bildirməlidir.
Yalçın Ağdoğan Türkiyənin hər növ zorakılıq və terror hallarını kəskin şəkildə pislədiyini deyərək əlavə etdi: Fransada baş verən terror hadisəsi düynda ümumi təhlükəsizliyi təhlükəyə atdı və vəziyyət və şəraiti dəyişdirdi.
2705036

Teqlər: türkiyə ، paris ، fransa ، terror
captcha