IQNA

İraq parlamenti rəisinin müşaviri İQNA ilə müsahibəsində vurğuladı:

"Təkfirçi düşəncələrlə mübarizə üçün müştərək İslami əqidələr üzərində mərkəzləşmək zəruridir"

23:28 - January 17, 2015
Xəbər sayı: 2719417
Beynəlxaql qrup: "İslam dininin müştərək əsas və əqidələri üzərində mərkəzləşərək ixtilaflara son qoymalı, təkfirçilərin azğın fikirləri ilə mübarizə aparmalıyıq. Bu vasitə ilə İslam ümmətinin təfriqəçilərin böhranları qarşısında müqavimət və dözümlülüyünü ikiqat artırmış olarıq" – Əl-Əbusi deyib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə "Vəhdət həftəsi" zamanı Tehranda keçirilən "Beynəlxalq İslami Vəhdət Konfransı"nın 28-ci iclasında xanım Şəzi Əl-Əbusi - İraq parlamenti rəisinin müşaviri və İnsan Haqları komitəsinin rəisi, İQNA ilə müsahibəsində İran İslam Respublikasına bu konfrans və vəhdət üçün atdığl addımlarla bağlı təşəkkürlərini bildirdikdən sonra vurğuladı: "Təkfirçilərin ifarti fikirləri İslam dünyasının ən təhlükəli böhranıdır. Buna görə də Təkfirçi düşəncələrlə mübarizə üçün müştərək İslami əqidələr üzərində mərkəzləşmək zəruridir. İslam dininin müştərək əsas və əqidələri üzərində mərkəzləşərək ixtilaflara son qoymalı, təkfirçilərin azğın fikirləri ilə mübarizə aparmalıyıq. Bu vasitə ilə İslam ümmətinin təfriqəçilərin böhranları qarşısında müqavimət və dözümlülüyünü ikiqat artırmış olarıq".



O dedi: Biz inanırıq ki, İslam vəhdətini möhkəmləndirmək bütün zamanlarda, xüsisilə də müasir dövrdə bütün müsəlmanlara vacibdir. Biz bu konfransda mühüm nəticələr əldə etməliyik ki, bu vasitə ilə ölkələrimizdə məzhəblər arasında yaxınlaşmanı həyata keçirməli və İslam dünyasında orta yolu (etidal) tutmaq mədəniyyətini əsaslı şəkildə formalaşdırmalıyıq.



O bu cür məzhəbi ixtilafların öncəki əsrlərdə də müsəlmanlar arasında olduğuna işarə edərək dedi: Bu ixtilaflar özü də (elmi çərçivəyə düşərsə) İslam ümmətinin vəhdət və qüdrətində əsas amil ola bilər. Necə ki, İslam Peyğəmbəri (s) hədisdə buyurur: "İxtilafu ümməti rəhmətun" – Ümmətimin ixtilafı rəhmətdir".



O sözlərinin axırında İraqdakı acınacaqlı vəziyyətə işarə etdi və təkfirçiliklə mübarizə üçün əməli həll yollarını xatırladaraq dedi: İraqda düşdüyümz bu böhranda kı, İslam dininə din adı ilə hörmətsizlik olunur, insanlar təkfirçilərin ifratçı rəftarları ilə qarşı-qarşıyadırlar, Quran-Kərimin hifzi, qiraəti və Quranın yeni üslublarla təlim mərkəzinin açılması İslam və Quransevərlər tərəfindən maraqla qarşılandı.



2706251          

Teqlər: quran ، təcvid ، qiraət ، tərtil
captcha