IQNA

Amerikada "islamofobiya" ilə mübarizə üçün hədiyyə Quranlar paylanıldı

23:51 - January 18, 2015
Xəbər sayı: 2725854
Beynəlxalq qrup: Amerika İslami Əlaqələr Şurası son zamanlar hay-küyə səbəb olmuş "şarli hebdo" hadisəsindən sonra bu ölkədə güclənməkdə olan "islamofobiya" ilə mübarizə üçün İslamı daha yaxşı tanıtdırmaq üçün təlim taramasına başlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "CAİR" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Amerika İslami Əlaqələr Şurası "şarli hebdo" hadisəsindən sonra "islamofobiya" ilə mübarizə üçün İslamı daha yaxşı tanıtdırmaq üçün iki təlim taramasına başlayıblar. Birinci təlim taraması Quran nüxələrini hədiyyə olaraq və pulsuz paylaşmaqdır ki, "Quranı iştiraka qoymaq və paylaşmaq" adı ilə başlanılıb. Bu addım hədəfi budur ki, bu vasitə ilə insanlar İslamla daha yaxından tanış olsunlar. Bu taramada Quranın İngilis dilində tərcüməsi əsl nüsxəsi ilə birlikdə yayılır. Bu Quran nüsxələrində "ədalət, qadın haqları, digərlərinə hörmət və qayğı" kimi Quran mövzuları barədə göstərici mündəricat da dərc olunmuşdur.
İslamofobiya ilə mübarizə üçün keçirilən ikinci taramanın adı "KİV əhlinə İslam təlimi"dir. Amerika İslami Əlaqələr Şurası jurnalistlər, müxbirlər və qəzet yazarlarına İslamla daha yaxından tanış olmaq və daha doğru mövqe sərgiləməyi bacarmaq üçün dini qaynaqlar və bülletinlər paylayır.
Bu kitabçalarda İslamda ən önəmli və problem məsələlər və bunların kökləri, səbəbləri və İslam baxımından demokratiya, dini azadlıq, qadın hüquqları və dinlər arası əlaqələr kimi mövzular işıqlandırılır.
Qeyd edək ki, avropa və dünyada "islamofobiya"nın yaranmasında terroristq qruplaşmalardan əlavə, insanların İslam barədə lazımlı bilgilərinin olmaması da əsas rol oynayır. 2721468

Teqlər: amerika ، islamofobiya ، çarli ، hebdo ، şarli
captcha