İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar" peyk TV kanalının internet protalına istinadən verdiyi xəbərə görə Devid Kameron – İngiltərənin baş naziri, Amerikanın CBC kanalı ilə müsahibəsində Papa Fransisin – dünya katoliklərinin rəhbəri, əleyhinə mövqe tutaraq dedi: Mənim fikrimcə azad bir ictimaiyyət istənilən dini istehza etmək haqqını cameənin üzvlərinə vermişdir.
O dedi: Mən xristianam. Amma azad bir cameədə Məsih haqqında təhqiramiz danışan bir fərddən intiqam almaq haqqım yoxdur.
Kameron bu sözləri bir dalda danışır ki, Papa Fransis – dünya katoliklərinin rəhbəri, bu fikrdən fərqli bir göstəriş verib və deyib ki, söz azadlığı kiməsə, dinləri təhqir etmək hüququ vermir.
Papa Fransis son terror hadisələrini və həmçinin Fransız jurnalının addımını məhkum edərək dedi: Söz azadlığı insan hüquqlarının əsasıdır. Amma bu haqq sərhədsiz deyil və hüdudları vardır.
Papa vurğuladı: Siz insanları dini zəmində təhrik etməməlisiniz. Söz azadlığı hüququ insanların inancları barədə məhdud və çərçivəli olmalıdır. 2726973