IQNA

İslam Peyğəmbərinə (s) təhqirə reaksiya olaraq;

Əfqanıstan senatı Fransa səfirliyinin tətil olunmasını istədi

23:20 - January 19, 2015
Xəbər sayı: 2732284
Xarici şöbə: Əfqanıstanı senat məclisi dövlətdən tələb etdi ki, Şarli Ebdo jurnalının əziz İslam Peyğəmbərini (s) təhqir etməsinə reaksiya olaraq Fransanın Kabuldakı səfirliyini tətil etsin.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ava" xəbər agentliyinin rəsmi portalına istinadən verdiyi xəbərə görə Əfqanıstanı senat məclisi "charlie hebdo" jurnalının əziz İslam Peyğəmbərini (s) ikinci dəfə karikatorlarla təhqir edəcəyi xəbəri yayıldıqdan sonra, dövlətdən tələb etdi ki, Şarli Ebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinə reaksiya olaraq Fransanın Kabuldakı səfirliyini tətil etsin.



Fəzl Hadi Müslimyar – Əfqanıstanın senat məclisinin rəisi, dedi: Əfqanıstan senat məclisi Fransanın "şarli hebdo" jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinə reaksiya olaraq öz protestosunu (etiraznamə) Xarici İşlər Nazirliyi və ölkə prezidenti vasitəsilə Fransa səfirliyinə elan edəcəkdir.



O əlavə etdi: Bizim prezidentdən tələbimiz budur ki, Fransa müsəlmanları və müqəddəs İslam Peyğəmbərini (s) təhqir etdiyi üçün məlum ölkənin Kabuldakı səfirliyi bağlanılsın.



Əfqanıstan senat məclisinin hazırladığı protestonun XİN-ə və prezidentə göndərilməsi təklifi senatorların əksəriyyətinin rəyi ilə qəbul olunmuş və Seyid Səfiyyullah Haşimi tərəfindən məclisin ümumi iclasında oxunmuşdur.



Senatorlar Fransadan tələb etmişlər ki, dünya müsəlmanların ülvi hislərini yaralamaqdan çəkinsinlər.



Məclis senatları həmçinin qeyd etmişlər ki, Əfqanıstan da Türkiyə kimi Fransız səfirliyini Kabulda bağlamalıdır.



Qeyd edək ki, Türkiyə dövləti elan etmişdir ki, Fransada İslam Peyğəmbərinə (s) təhqirlər davam edərsə, Fransanın Türkiyədki səfirliyi bağlanacaqdır.



2726896       

Teqlər: senat ، şarli ، hebdo ، Əfqanistan ، fransa
captcha