IQNA

"Hizbullah" xəbərdarlıq etdi;

Nəsrullahdan sionist qəsəbə sakinlərinə 2 kəlməlik xəbərdarlıq: 'Sığınacaqlarınızı hazırlayın!'

15:05 - January 20, 2015
Xəbər sayı: 2736661
Beynəlxalq qrup: Livan Hizbullah Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah iki kəlməlik ismarıcla sionist qəsəbə sakinlərinə xəbərdarlıq göndərərək elan etdi: "Sığınacaqlarınızı hazırlayın!"


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "əl-mənar" peyk TV kanalının rəsmi internet informasiya portalına istinadən verdiyi xəbərə görə, sionist rejimini hərbi qüvvələrinin Cövlan yüksəkliklərində Hizbullah və Müqavimət əsgərlərinə terror hücumundan sonra Livanın "Hizbullah" (İslami Müqavimət) Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah Yanvar ayının 19-u gecəsi iki kəlməlik açıqlama yayaraq, sionistlərə xəbərdarlıq edib.



Bu iki kəlməlik xəbərdarlıqda Ərəb və İbri dillərinə - جهزوا ملاجئکم -  חָמוּשׁ מקלטים  - "Sığınacaqlarınızı hazırlayın!" - mesajı əks olunub.





Ərəb və İbri dillərində şərhsiz yazılan və Seyid Həsən Nəsrullahın şəkili ilə yayılan bu iki kəlməlik ismarıc Livanın "Əl-Mənar" peyk TV kanalının rəmsi internet səhifəsində yayımlanmışdır. Əslində isə bu ismarıc Hizbullahın sionist rejiminə müharibə elan etməsi mənasınadır.



"Əl-Mənar"ın yazdığına görə bu ismarıc Hizbullahın Livanda və digər ölkərlərdə ki, dostlarının aktivliyi ilə sayt və sosial şəbəkələrdə paylaşılaraq 12 miyondan çox insana çatdırılmışdır.



Qeyd edək ki, Livanın Hizbullah Hərəkatının elan etdiyinə görə onların əsgərləri Cövlan yüksəkliklərində "Məzrəətul-Əməl" şəhərinin "Qənitrə" məntəqəsində sionistlərin döyüş helekopteri tərəfindən hücuma məruz qalaraq yaralanmış və şəhid olmuşlar.



2734307  

Teqlər: hizbullah ، nəsrullah ، livan ، imad ، müğniyə
captcha