IQNA

Höccətül-İslam Möhsin Qiraəti:

Nurun intizarında olmağın mənası qaranlıqda oturub gözləmək deyil!

14:02 - January 23, 2015
Xəbər sayı: 2751387
"NƏBƏ" müxbirlər dərnəyi: İİR-in "Namazın bərpası" idarəsinin rəisi: Nurun intizarında olmağın mənası qaranlıqda oturub gözləmək deyil! Deyirlər biz İmam Zamanın (ə.f) intizarındayıq, özü gələcək və işləri yoluna qoyacaq. Amma səhər günəşin çıxacağını bildiyimiz halda, gecələr yaşadığımız yeri işıqlandırmaq üçün çalışırıq. İndi, siz ki, bu fitnə və fəsadı görürsünüz, durun bu məsələ ilə mübarizə edin, eyni halda İmam Zamanı (ə.f) da gözləyin ki, gəlib işləri daha kamil şəkildə öz yoluna qoyacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) nəzdində fəaliyyət göstərən "NƏBƏ" müxbirlər dərnəyinin verdiyi xəbərə görə bu gün, cüməaxşamı günü, 22 yanvar 2015-ci il, Höccətül-İslam Qiraətinin "Quran dərsləri" proqramı "İmam Zaman haqqında təmsil", "Quranda təmsil", "İmam Zamanın hökuməti", "Qaranlıq gecədə Günəşin çıxmasının intizarı" və s... kimi maraqlı mövzuların izahı ilə keçirildi.
Ustad Qiraəti dedi: Allahın mənə lütf etdiyi nemətlərdən biri də budur ki, misal və təmsil demək qüdrət və talantdım başqalarına nisbətən çox yüksəkdir. Çox müşkül məsələləri sadə bir misal ilə həll etməyi bacarıram. Allah-Taala da Quranda misal və təmsildən çox istifadə edib.
O dedi: Quran-Kərimdə "məsəl" kəlməsi təqribən 40 dəfə istifadə olunub. Hər şeydə təmsil və məsəl uzağı yaxın edir və çətin bir əqli məsələni hiss ilə tərcübə edəcək qədər asanlaşdırır. Məsələn Quran buyurur ki, "onların misalı kitab yüklənilmiş uzunqulağın" məsəlidir. O dəqiqə hamı anlayır ki, söhbət elminə əməl etməyən alimdən gedir. Çünki həm kitab və həm də ulağ hamıya tanışdır. – (Və hamı bilir ki, ulağın belinə yüklənmiş kitabın ona bir faydası və xeyri yoxdur. Amma o kitablardan istifadə edib, savadlanan və əməl edən başqaları üçün faydalı ola bilər – red.).
Ustad əlavə etdi: Ümumiyyətlə İslamda dilin təbii və asan dildir. Məsələn, əgər kür suyun miqdarını demək istəyirsə, metr deyil, bəlkə "vəcəb"dən (qarış) istidadə edir. Sonra kimsə deməsin ki, mən indi "metrə"ni hardan tapım. Və ya dəstəmazda üzü yumağın miqdarını demək istədikdə demir ki, neçə santimetr aşağıdan, neçə sağdan və neçə yuxarıdan. Deyir ki, alının tük bitən yerindən başlayaraq, iki baş barmağın arası tutacaq miqdarı yu. Və bunu da hamı başa düşür, savadlısı da savadsızı da.
Ustad vurğuladı: Quran misalı öz təbiiliyi və hamı üçün anlayışlı olması ilə insani misallardan fərqlənir. Məsələn, fizikaçıların misalını fizika bilənlər başa düşür, mollarlar aləminin misallarını tələbəlik dərsi oxuyanlar başa düşür, bəzi misalları universitet uşaqları başa düşür və s... Amma Quranın misalları təbii və fitridir, hamı başa düşür. Quran heç vaxt xüsusi bir dəstənin anlayacağı və müəyyən zamana aid misallardan istifadə etməyib. Bütün misalları hamı tərəfindən və hər zaman başa düşəcək dildədir.
Məsələn, Quran-Kərim haqq və batilin məsələni su və su üzərində yığılan köpüyün məsəlinə bənzədib. Batil suyun üzündəki köpükdür, Haqq suyun özüdür. Köpük həmişə üzdədir, yalançı cilvəsi var, xoş görsənir və yuxarıda əyləşib, amma tez məhv olur və onun heç bir faydası yoxdur. Amma su əbədidir və çox faydalıdır. İndi siz deyin görüm dünyanın harasında və nə zaman su və köpük olmayıb? 3 yaşlı xırda uşaqdan böyük Ayətullahlara kimi hamı bu məsələni asanlıqla dərk edir.
İntizarın məsəli qaranlıq gecədə günəşin çıxmağını gözləməkdir
Təfsir ustadı dedi: Deyirlər biz İmam Zamanın intizarındayıq, onu gözləyirik ki, gəlsin işləri qaydasına salsın.
İntizar nədir?
Mərhum Raşid deyərdi ki, "intizar"ın mənası bu deyil ki, biz oturaq gözləyək ki, Ağa nə vaxt gələr və işləri sahmana salar.
Mərhum Ustad Mütəhhəri ilə bir dəfə maşında oturmuşduq və O, bu barədə belə dedi: Gecə olanda insanlar günəşin çıxmasını gözləyirlər. Amma bu gözləmək (intizar) səbəb olmur onlar durub evin işıqlarını yandırmasınlar ki, onsuz da sabah günəş doğacaq. Günəşin doğmasını gözləyirlər, eyni halda evlərini də işıqlandırmaq üçün çalışırlar. İndi siz ki, bu fitnə və fəsadı görürsünüz, durun bu məsələ ilə mübarizə edin, eyni halda İmam Zamanı (ə.f) da gözləyin ki, gəlib işləri daha kamil şəkildə öz yoluna qoyacaq.
Ustad Qiraəti əlavə etdi: Məsələn biz qışda baharın və yayın gəlməsini gözləyirik, amma bu səbəb olmur ki, evimizi isti saxlamaq üçün çalışmayaq. Yayın intizarındayıq, amma evimizi də isti saxlamaq üçün çalışırıq. Deməli "intizar"ın mənası "ehtizar" (canverən adamın Əzrayılı gözləməsi) və bekarçılıq deyil!
Deyilər 12-ci İmam niyə qeybdədir?
Ustad Qiraəti dedi: Deyirlər ki, 12-ci İmam niyə qeybə çəkilib? Sizə, İşıq idarəsi gəlib küçənizdə 11 işıq ağacı basdırsa və siz onları sındırıb məhv etsəniz, bu idarə gəlib 12-ci işıq ağacını da basdırarmı?
İnsanlar 11 nur çırağını sındırdılar, Allah-Taala da 12-cini yandırmır!
Necə olur ki, İmam Zamanın ömrü uzun olur, məgər o qocalmır?
Onda necə olur ki, qaşımızın da tükü tükdür, saçımızın da, saçımızı həftədə bir dəfə isalh edirik, amma qaşımızın tükü ömür boyu bir ölçüdə qalır?! Məgər ikisi də bir su, çörək və bir havadan və bir bədəndən qidalanmırmı?!
Necə olur ki, qaşın tükü sabit, kipriyin tükü sabit, amma başın tükü hərəkətdədir!? Deməli həmin Allah ki, bir bədəndə iki cür tük (sabit və hərəkətli) yarada bilir, eliyə bilər İmam Zamanı da sabit saxlasın və o qocalmasın!
İmam Hüseyn (ə) aşiqlərinin misalı
Bəziləri İmam Hüseyn (ə) aşiqidirlər, İmam Zaman aşiqidirlər, amma bu aşiqlık sözdədir, əməl deyil!
Hicabı yaxşı deyil, ticarəti dini deyil, siaysəti və əxlaqı islami deyil...
Bəziləri də zahirdə yaşı əməl edirlər, amma etiqadları möhkəm deyil, fitnə tufanında titrəyirlər, sürüşürlər.
Bunların misalı əkiləcək "toxum" misalıdır. Əgər toxumun için götürüb qabığın əksən, barı olmayacaq. Əgər qabığın götürüb için əksən yenə də barı olmayacaq. Deməli hədəfə və işin kamalına çatmaq üçün hər zahir lazımdır və həm də batin!
Bizim məsələimizi bəzən çölü yanan, amma içi çiy qalan kababın məsələsidir. Bəzi əməllərin də çölü qızarıb, amma içi bişməyib.
Bəziləri də deyir ki, biz əhl-beyt (ə) aşiqiyik, amma uşaqlqarından birini adı Əli, Fatimə, Zəhra, Həsən və s... deyil. Əgər aşiqsən də bu eşq həyatın hər bir hissəsində cilvələnməlidir. Deyir qardaşımın oğlunun adı Əlidir, bacımın qızının adı Fatimədir və s... Deyirəm ki, qardaşıvın soyuducusu var, bacıvın da maşını, bundan sənə bir xeyri var!? Niyə demirsən ki, bacımın var, mən istəmirəm!?  ... (Hazırladı: Mirməhəmməd Bəşir).
2740057

Teqlər: quran ، qiraəti ، möhsin ، imam ، Hüseyn ، zaman
captcha