“İQNA”-nın “News Room”-a istinadən verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri bir videonu yayıblar. Videoda bir amerikalı kişinin Texas ştatının Dallas şəhərində bir dayanacaqda camaat namazı qılan bir qrup gənc müsəlmanın ətrafında dolandığı və davamlı olaraq “Sizə İsa lazımdır” kimi cümlələri təkrar etdiyi görünür.
Amerika mediası məlumat verib ki, həmin şəxs Kristofer Sovçakdır; o, daha əvvəl bir universitet tədbirində Quran yandırması ilə tanınmışdı və bununla əlaqədar olaraq bir İslam təşkilatı nifrət cinayətləri üzrə araşdırma aparılmasını tələb etmişdi.
Bu video sosial media platformalarında geniş etirazlara səbəb olub və ictimaiyyət bütün dinlər üçün dini azadlıqların daha güclü hüquqi şəkildə qorunmasını tələb edib.
Bundan əvvəl, Texasdan Respublikaçı namizəd Valentina Qomes sosial şəbəkələrdə Qurani-Kərimi yandırdığı görüntülər yayılandan sonra gündəmə gəlmişdi.
Videoda Qomes alovatan vasitəsilə Qurani-Kərimi yandırdığı halda görünür və “Mən Texasda İslamı bitirəcəyəm. Allah kömək olsun. Müsəlmanlar xristian ölkələrini ələ keçirmək üçün zorakılıq və qətl törədirlər” kimi təxribat xarakterli sözlər səsləndirir.
O, həmçinin izləyicilərdən kampaniyasına dəstək vermələrini istəyərək deyib: “Məni Konqresə çatdırmağa kömək edin ki, heç vaxt müsəlmanların atdığı daşlarla qarşılaşmayasınız.”
Bu video siyasi liderlərin, dini qrupların və sosial media istifadəçilərinin geniş qınamasına səbəb olub və seçkilər ərəfəsində artan nifrət təbliğatı və dini dözümsüzlük barədə narahatlıqları artırıb.
Qeyd edək ki, Qomes 2024-cü ilin dekabrında Nyu-York şəhərində keçirdiyi qalmaqallı bir nümayişlə də tənqid olunmuşdu. O zaman o, bir miqrantı təmsil edən manekenin şəkilini çəkdirərək Amerika vətəndaşlarına qarşı zorakı cinayətlər törədən miqrantların edam edilməsini tələb etmişdi.
Bu video sonradan silinib və onun Instagram hesabı dayandırılıb. Qomes seçki kampaniyasında ciddi dəstək toplaya bilməyib və Respublikaçıların ilkin seçkilərində cəmi 7,4 faiz səs qazanaraq altıncı yerdə qərarlaşıb.
4317096