IQNA

Liviyada şagirdlər arasında Quran müsabiqəsi keçirilib

11:08 - November 13, 2025
Xəbər sayı: 3499203
İQNA - Liviyanın Təhsil Nazirliyinin məktəb fəaliyyətləri idarəsinin nəzarəti altında keçirilən ümumölkə Quran əzbər müsabiqəsi dünən, noyabrın 20-də bu ölkənin Zliten şəhərində başlanıb.

“Allahın kitabı bizi birləşdirir” şüarı ilə keçirilən bu yarışma 2025–2026-cı tədris ili üçün nəzərdə tutulan məktəb fəaliyyəti planı çərçivəsində təşkil edilib və 60 şagird bu müsabiqədə iştirak edib.

Təhsil Nazirliyinin məktəb fəaliyyətləri idarəsinin müdiri Salim Buayşa tədbiri açaraq bildirdi ki, iştirakçılardan 40 nəfəri Quranı əzbərdən oxuma yarışında, 20 nəfəri isə xütbə (çıxış) bölməsində bir-biri ilə rəqabət aparır.

Bu yarışmanın məqsədi gənc nəsil arasında Quran dəyərlərini möhkəmləndirmək, Quranı əzbərdən oxuma və tilavət sahəsində rəqabət ruhunu artırmaqdır. Tədbir Liviyanın Təhsil Nazirliyinin mədəni və tərbiyəvi proqramları çərçivəsində həyata keçirilir.

Liviya daxili və beynəlxalq Quran müsabiqələrinin keçirilməsində fəal ölkələrdən biridir. 13-cü Beynəlxalq Liviya Quran Mükafatı Müsabiqəsi bu ölkədə sentyabrın 27-də başa çatıb.

Bu müsabiqə 20 sentyabrda Liviyanın Benqazi şəhərində başlanıb və 70-dən çox ölkədən 120 hafiz iştirak edib.

Təşkilatçılar vurğulayıblar ki, bu Quran tədbiri müsəlmanlar arasında həmrəyliyi və birliyi gücləndirən bir toplantıdır, həmçinin İslam dəyərlərinin təqdim olunması üçün bir platforma sayılır. Yarışmada Asiya, Amerika, Avropa və Afrikadan müəllimlər iştirak ediblər.

4316318

captcha