“İQNA”-nın “Nücəba Hərəkatı”nın informasiya portalına istinadən verdiyi xəbərə görə, Nücəba Hərəkatının Siyasi Şurasının üzvü Firas əl-Yasir İraq parlament seçkilərinin uğur səbəblərini və iştirak səviyyəsinin artmasını şərh edərək deyib: “Xüsusilə şiələrə qarşı yönəlmiş bəzi təfriqə yaradan mövqelərə xalqın reaksiyası, həmçinin “Tufanul-Əqsa” döyüşündə müqavimət qruplarının aktiv iştirakı və böyük şəhidlər verməsi bu seçkilərin uğur amillərindən idi”.
O əlavə edib: “İranla sionist rejim arasında baş verən müharibə və bunun nəticəsində ətraf təhlükələrin miqyası barədə ictimai şüurun artması, eləcə də Netanyahunun İraqa qarşı birbaşa təhdidləri son seçkilərin digər uğur amilləri olub”.
Nücəbanın siyasi şura üzvü qeyd edib ki, İsrailin “Böyük İsrail” və “Yeni Yaxın Şərq” layihələri elan edildikdən sonra bölgə xalqları ilə taleyin birliyi hissi də bu prosesə təsir göstərən mühüm amillərdən biri sayılır.
Firas əl-Yasir bildirib ki, Vaşinqtonun himayə etdiyi cərəyanlar bu seçkilərdə məğlub oldular; çünki onlar İraq xalqının kollektiv şüurunda dərin kök salmış taleyüklü dəyərlərə inanmadılar.
4317562