“Əl-Aləm”in məlumatına görə, Nyu-Yorkun seçilmiş meri Zahran Məmdani vurğulayıb ki, beynəlxalq həbs qərarlarının icrası üçün bütün qanuni yolların yaradılması istiqamətində heç bir səyini əsirgəməyəcək.
O əlavə edib: “Dəfələrlə demişəm ki, bu şəhər beynəlxalq hüququn tələblərinə tabedir və gələn il bu şəhərdə keçiriləcək BMT Baş Assambleyası iclası zamanı da həmin qanunlar tətbiq olunacaq. O cümlədən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarları da icra olunmalıdır.”
Məmdani qeyd edib ki, bu qərarların Benyamin Netanyahuya qarşı verilib-verilməməsinin və ya Vladimir Putinə aid olub-olmamasının fərqi yoxdur; “biz öz dəyərlərimizə sadiqik.”
O sözlərinə belə davam edib: “Mən Donald Trampdan fərqli olaraq qanun çərçivəsində hərəkət edirəm və özüm üçün qanun uydurmuram. Buna görə də beynəlxalq qərarların icrası üçün əlimdən gələn hər şeyi edəcəyəm.”
Nyu-Yorkun merinin sözlərinə görə: “Əgər Netanyahu Nyu-Yorka daxil olsa və mən onun həbs olunması üçün heç bir cəhd göstərməsəm, deməli, mən Nyu-Yorkun meri deyiləm.”
O deyib: “Netanyahunun həbs qərarının icrası üçün bütün hüquqi imkanlardan istifadə olunmalıdır.”
4317483