IQNA

Almaniyanın tarixi qapısında “Fələstinə azadlıq” banneri quraşdırıldı

10:33 - November 15, 2025
Xəbər sayı: 3499211
İQNA - Berlin şəhərində bir qrup Fələstin tərəfdarı aktivist, Almaniya hökumətinin “İsrail”in Qəzzaya davam edən hücumlarına verdiyi dəstəyə etiraz olaraq, tarixi Brandenburq qapısına dırmaşaraq “Fələstinə azadlıq” və “Qəzzada soyqırım”ı pisləyən böyük bir parça plakat asıblar.

“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, Berlin polisi bildirib ki, altı aktivist kranla təchiz olunmuş bir yük maşınından istifadə edərək Pariser Platz meydanındakı qapının yanına gəliblər. Onlardan üçü təxminən 26 metr hündürlüyə qalxıb, digər üçü isə maşının içində qalıb və onu içəridən kilidləyiblər.

Binanın üstündə aktivistlər “Bir daha heç vaxt soyqırım olmayacaq… Fələstinə azadlıq” şüarı yazılmış böyük bir banner quraşdırıb, qırmızı məşəllər yandırıb və Fələstin tərəfdarı, müharibə əleyhdarı şüarlar səsləndiriblər.

Berlin polisinin sözçüsü bildirib ki, bu etiraz aksiyasında iştirak edən altı nəfərin hamısı saxlanılıb.

Qeyd edək ki, Almaniyada Fələstinə dəstək müxtəlif formalarda davam edir. Bundan əvvəl Hamburqda təxminən 40 Fələstin tərəfdarı aktivist Almaniyadan İsrail rejiminə silah ixracına və bu rejimin Fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlərə etiraz olaraq özlərini dəmir yolu relslərinə zəncirləyiblər. Bu aksiya Europagitte və Burchardkai terminalları arasındakı dəmir yolu xəttini bir neçə saatlıq bağlayıb.

Qrupun sözçüsü Yol Fink bu addımın məqsədini vətəndaş itaətsizliyi və Fələstin xalqı ilə həmrəylik kimi qiymətləndirib və Almaniya hökumətini İsrailin cinayətlərində şərik olmaqda ittiham edib. Bəzi liman işçiləri də bu etirazı dəstəkləyiblər.

4316770

captcha