İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "TRT" peyk kanalının internet xəbər portalına istinadən verdiyi xəbərə görə dünən Türkiyədə otuziki İslam ölkəsindən olan alimlərin iclası keçirildi. Toplantının hədəfi İslam dünyasının mövcud problemlərinin, xüsusi ilə də son hadisələrin müzakirəsi olub.
Bu iclas Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi Məhəmməd Görməzin təşəbbüsü ilə hər il keçirilən "daimi etidal və sülh görüşləri" silsilə görüşlər yönündə keçirilib. İclasa Məhəmməd Görməz rəhbərlik edirdi.
Toplantıda keçən ilin Ramazan ayı 32 ölkədən 150 müsəlman alimin iştirakı ilə İstambulun "Dolmabağça" sarayında "müsəlman alimlərin sülh, etidal və sağlam ağıl proqramı" adı ilə keçirilmiş iclasda qərara alınmış məsələlər üzrə müzakirələr aparıldı.
Məhəmməd Görməzin rəhbərliyi ilə keçirilən iclasda Qətər, Livan, Ərəbistan, Yəmən, İraq, İran, Fələstin, Suriya, Bosniya və Heroqovin və Tunisdən alimlər iştirak edirdilər.
İclasda iştirak edənlərin xoşməramlı məktubu bu gün, 26 yanvar 2015-ci il, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Baş Nazir Davudoğluna, həmçinin müsəlman ölkələrinin və İslam dünyasının mühüm dini təşkilat başçılarına çatdırılacaqdır.