IQNA

GOOGLE terrora qarşı addım ataraq İŞİD-ə qarşı çıxdı

23:58 - February 07, 2015
Xəbər sayı: 2821362
Beynəlxalq qrup: GOOGLE internet şirkəti İŞİD terrorist qruplaşmasının virtual məkandan öz murdar hədəfləri, radikalizim, vəhşiçilik və qorxunun yayılması üçün istifadə etməsinin qarşısını almağa görə İŞİD-ə mənsub filmlərin tez bir zamanda silinməsi üçün nəzarət qrupu yaratdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rusiya əl-yovm" internet informasiya protalına istinadən verdiyi xəbərə görə GOOGLE internet şirkəti İŞİD terrorist qruplaşmasının virtual məkandan öz murdar hədəfləri, radikalizim, vəhşiçilik və qorxunun yayılması üçün istifadə etməsinin qarşısını almaq məqsədilə İŞİD-ə mənsub filmlərin tez bir zamanda "YOUTUBE"dən silinməsi üçün Ərəb dilini bilən intenet ixtisasçılarından ibarət nəzarət qrupu yaradıb ki, onlar "youtube"in müxtəlif səhifələrini nəzarətdə saxlayaraq ən qısa zamanda İŞİD yayan filmləri saytdan siləcəklər.



Bu münasibətlə də Janatan Rasel – ideoloji ifratçılıqla mübarizə mütəxəssisi, vurğuladı: İŞİD-in internet üzərindən təbliği və onlara aid olan filmlərin "youtube"də yayımlanması terroristlərin fəaliyyətlərinin və vəhşiçiliyin yayılmasında əsas rolu oynayır. Buna görə də GOOGLE şirkətləri İŞİD-ə mənsub videomaterialların saytda yayılmasının qarşısını alacaq.   



Rasel vurğuladı: İŞİD terroristləri bu cür filmləri GOOGLE üzəridən paylaşaraq öz dostlarına və tərəfdarlarına mesaj verirlər ki, onlar qüdrətlidir və heç bir təhdiddən qorxmurlar.  



2817874



 

Teqlər: google ، İŞİd ، radikalizim ، terror
captcha