IQNA

Məsihilər şiələrə qoşularaq İŞİD əleyhinə silahlandılar

22:01 - February 10, 2015
Xəbər sayı: 2834841
Beynəlxalq qrup: Məsihilərdən ibarət ilk hərbi qruplaşma İraqın Neynəva əyalətində xristianlar yaşayan şəhərləri işğaldan azad etmək üçün şiə döyüşçülərinə qoşularaq İŞİD əleyhinə döyüşlərə qatıldılar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-qüdsül-ərəbi" qəzetinə istinadən verdiyi xəbərə görə İraq parlamentinin Məsihilər fraksiyası elan edib ki, məsihilərdən ibarət min nəfərlik ilk hərbi qruplaşma İraqın Neynəva əyalətində xristianlar yaşayan şəhərləri işğaldan azad etmək üçün şiə döyüşçülərinə qoşularaq İŞİD əleyhinə döyüşlərə qatıldılar.



Yudnam Hənna – Məsihilər fraksiyasının rəisi, elan etdi: Bu min nəfərlik döyüşçü şiə könüllü qruplaşmalarına və İraq ordusunun döyüşçülərinə qoşularaq İraqın şimalında Neynəva əyalətində İŞİD tərəfindən işğal olunmuş xristianlar yaşayan regionları azad etmək üçün döyüşəcəklər.



Bu parlament üzvünün dediklərinə görə indiyədək min nəfərdən çox məsihi Bağdad, Kərkük və Zaxu şəhərlərindəki hərbi təlim düşərgələrinə qoşulmuşlar ki, hərbi təlim gördükdən sonra milli ordu sıralarına alınacaqlar.



İraq dövləti keçən həftə məsihi, sünni və şiələrdən ibarət olan "milli ordu" yaradılması qanun təsdiqlədi.  



Qeyd edək ki, İŞİD terroristləri Neynəva əyalətində Mosul şəhərinə hücum etməzdən öncə bu şəhərin xristianları evlərini tərk edərək Türkiyə, İordaniya və Livana getdilər və bəziləri də İraqın digər şəhərlərində məskunlaşdılar.



2830376 

Teqlər: İraq ، İŞİd ، terror ، məsihi
captcha