İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "trouveta mosquee" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə İspaniya dövlətinin 2010-cu ildə üzərində "Qortubə" məscidinin şəkili olan 2 yervroluq sikkələr istehsal etdikdən sonra, bu dəfə Ukrayna dövləti üzərində 700 illik tarixə malik qədim məscidin şəkili həkk olunmuş 5 və 10 qrivin dəyərində olan dəmir pulları bazar dövriyyəsinə buraxdı.
Dəmir sikkələrin üzərində həkk olunmuş bu məscid Krımın ən qədim məscidi olan "Özbəkxan məscidi"dir ki, məscidin tikilişinin 700-cü ilində Ukrayna dövləti bu addımı atdı.
Üzərində bu 700 illik məscidin və məscidə bitişik mədrəsə tikilisi olan sikkələrin dəyəri Ukrayna pulu ilə 5 və 10 qrivindir. Məscid və mədrəsənin adı pulun üzərində Ukrayna və Tatar dillərində yazılmışdır.
Krımın ən qədim məscidi olan "Özbəkxan məscidi" monqolların Avropada olan imperatorlarından birinin vasitəsilə tikilmişdir.
Bu məscid "Qızıl Ordu" silsiləsi padşahlarından olan Özbəkxanın hakimiyyətə çatmasının ikinci ilində, milad tarixi ilə 1314-cü ildə tikilmişdir.