İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Quran və Hədis elmləri sahəsində çox dəyərli əsərlər müəllifi və qədim dini mətnlərin təshihçi və araşdırıcısı Dr. Məhəmmədbaqir Behbudi bərəkətli ömrünün 85-ci qışında fani həyta əlvida deyərək Uca Rəbbinin dərgahına yüksəldi.
Hədis araşdırıcısı və dini tədqiqatçı Ustad Dr. Məhəmmədbaqir Behbudi Tehran xəstəxanasında bir müddət xəstə yatdıqdan sonra Günəş ili ilə Bəhmən ayının 21-də (10 Fevral 2015) vəfat etdi.
Ustad Dr. Məhəmmədbaqir Behbudi Quran və Hədis elmləri sahəsində bir çox dəyərli əsərlərin müəllifir, o cümlədən Biharul-Ənvar, Kənzül-irfan və Əl-Mizan Təfsirini araşdıraraq təshih etmiş, Əl-Kafi və digər hədis kitablarının səhih hədislər əsasında xülasəsini çıxarmış və hədis elmləri üzrə "Mərifətul-Hədis" kitabını yazmışdır.
Onun hədisləri araşdırma metodu özünəməxsus idi və bu özünəməxsusluq 80-cı illərdə İran fəzasında səs-küyə də səbəb olmuşdu. Hər-halda onun hədis araşdırma metodları müasir alimlərin araşdırmalarında təsirsiz deyildir.