IQNA

23:58 - February 13, 2015
Xəbər sayı: 2847222
Beynəlxalq qrup: Dünən Amerikanın Şimali Karolina Universitetinin "Chapel Hill" düşərgəsinə yaxın mənzildə üç nəfər müsəlman tələbənin irqçilik və islamofobiya zəmnində terror edilərək öldürülməsi milyonlarla insanın nifrətinə səbəb olub.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press Tv"-yə istinadən verdiyi xəbərə görə dünən, Ferval ayının 12-də Amerikanın Şimali Karolina Universitetinin "Chapel Hill" düşərgəsinə yaxın mənzildə irqçilik və islamofobiya zəmnində terror edilərək öldürülən üç nəfər müsəlman tələbənin dəfn mərasimində minlərlə insan iştirak edib.





Xəbər verildiyi kimi dünən Amerikanın Şimali Karolina Universitetinin "Chapel Hill" düşərgəsinə yaxın mənzildə üç nəfərlik müsəlman ailəsi - Ziya Şadi Bərəkat (23 yaş), onun həyat yoldaşı Yüsr Məhəmməd Əbu Salihə (21 yaş) və həyat yoldaşının bacısı Rəzan Məhəmməd (19 yaş), - həftənin ikinci günü öz evlərində ateist əqidəli Stefan Hiksin tərəfindən irqçilik və islamofobiya zəmnində terror edilərək öldürülmüşdür.





Cinayəti törədən qatil hal-hazırda həbs olunub.





Bu hadisə milyonlarla insanın nifrət və qəzəbinə səbəb olub. Amerikanın müxtəlif şəhərlərindən olan tələbə və mülki şəxslər bu üç nəfər müsəlmanın dəfn mərasimində əllərində şam tutaraq iştirak ediblər.





Amerika polisi bu hadisənin "maşın parkı yeri" davası kimi qələmə versə də, ölənlərin ailəsi və müsəlmanlar buna öz etirazlarını bildiriblər və hadisənin irqçilik və islamofobiya zəminində olduğu barədə araşdırma aparılmasını tələb ediblər.





Amerika müsəlmanları və ictimai təşkilatlar KİV-lərin bu hadisəni işıqlandırmaqda da irqçiliyə yol vermələrindən şikayət edib və narazılıqlarını bildiriblər.


Ad:
E-poçt:
* Comment:
* captcha: