Pakistan(İQNA)_Pakistanın Peşavər şəhərində kamikadzelərin şiə məscidinə hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb.

İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, yaralıların sayı onlarladır.
Polisin məlumatına əsasən, hücum edən dörd nəfər Hayatabad şəhərinin rayonunda məscidə daxil olaraq kütləyə atəş açıb. Nəticədə ötürücü partlayıcı qurğular aktivləşib.
Qeyd edək ki, hücumla bağlı məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb.