IQNA

Əl-Əzhərin Şeyxi:

Təhsil sistemində dini təlim proqramları yenilənməlidir

23:10 - February 23, 2015
Xəbər sayı: 2888182
Beynəlxalq qrup: Əl-Əzhər Universitetinin rəhbəri Şeyx Əhməd Təyyib radikalizmi Quran və Sünnənin səhv təfsirinin nəticəsi adlandırıb və dini alimlərini İslam ölkələrinin təlim ocaqlarında İslam ehkamlarına yenidən baxmağa və təlim proqramlarını islah etməyə çağırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" informasiya və xəbər protalına istinadən verdiyi xəbərə görə, dünən, 22 fevral, müqəddəs Məkkə şəhərində keçirilən "İslam və terrorizmlə mübarizə" toplantısında Əl-Əzhər Universitetinin rəhbəri Şeyx Əhməd Təyyib bir-çoc ərəb və islam ölkələrinin hal-hazırda terrorizm və radikalizmlə əlbəyaxa döyüşdə olduqlarına işarə edərək, radikalizmi Quran və Sünnənin səhv təfsirinin nəticəsi adlandırıb və dini alimlərini İslam ölkələrinin təlim ocaqlarında İslam ehkamlarına yenidən baxmağa və təlim proqramlarını islah etməyə çağırıb.
O deyib: Biz dini təlim proqramlarımızı doğru şəkildə nizama salmasaq daha çox insanlar İslami çərçivədən kənarlaşacaq və biz vahid İslam ümməti qurmaq ümidini itirəcəyik.
Müsəlmanlar arasında böyük nüfuza malik ruhani akademiyası və Qahirədəki əl-Əzhər Universitetinin başçısı şeyx Əhməd əl-Təyyib müsəlman ölkələrində ekstremizmlə mübarizə aparmaq üçün dini təhsil proqramına yenidən baxmağa çağırıb.
Təyyib terrorist ünsürlərin haqqında deyib ki, onlar Quran və Sünnənin ziddinə hərəkət edir və vəhşicəsinə cinayətlərə imza atırlar.
Əhməd Təyyib öz çıxışında İraq, Suriya və digər müsəlman ölkələrində İŞİD kimi terrorist qruplar tərəfindən həyata keçirilən adam yandırmaq, baş kəsmək və edam etmək kimi vəhşi cinayətləri məhkum etdi.
Şeyx Əhməd Təyyib terrorizmlə mübarizə üzrə Məkkədə keçirilən konfransda çıxışı zamanı qeyd edib ki, nəsillərdə möhkəmlənən düzgün olmayan Quran təfsiri və Məhəmməd peyğəmbərin (s) yanlış həyat təsviri islamın fanatik və dözülməz interpretasiyasına gətirib çıxarıb.
Şeyx məktəblər və universitetləri müsəlmanlar arasında birliyi təbliğ etməyə çağırıb və "barbarlıq və qəddarlıq törədən terror qruplaşmaları"nı pisləyib.
2885766

Teqlər: sünni ، şiə ، terror ، əl ، əzhər
captcha