IQNA

Buddist alim Shailendra müsəlman olub `Əli` adını seçdi

14:39 - March 07, 2015
Xəbər sayı: 2940537
Tehran(İQNA)_Hindistanın Kalkuta şəhərində doğulub böyüyən 33 yaşlı Buddist alim Türkiyədə şəhadət gətirərək müsəlman olub.

Maide.az xəbər verir ki, buddist Shailendra Singh universitet təhsilindən sonra magistratura üçün Malayziyaya yola düşüb. Burada müsəlmanlardan təsirlənərək İslamı araşdırmağa başlayan Singh doktorantura təhsilindən sonra Türkiyəyə gəlib.
Hacettepe Universitetində təhsilini davam etdirən Singh, Diyanət İşlərinin yanındakı Əhməd Həmdi Akseki məscidini ziyarət edib.

ALLAHA UZAQ OLDUĞUMU HİSS ETDİM
Singh müsəlman olduğu üçün ondan imtina edən buddist anasının küsdüyünü bildirib.
Malayziyadakı ərəb dostlarından təsirləndiyini bildirən Singh, "onların ibadətlərini görəndə həyatımda bəzi şeylərin əskik olduğunu anladım. Allaha uzaq olduğumu hiss etdim. Araşdırmalara başladım. İnternetdən bir çox moizə dinlədim", - deyir.
Türkiyəyə gəldikdən sonra da araşdırmalarının davam etdiyini bildirən Singh, Əhməd Həmdi Akseki məscidinin mənəvi havasından təsirləndiyini və orada qərar verərək müsəlman olduğunu bildirir.
İMAM ƏLİDƏN (Ə) ÇOX TƏSİRLƏNDİM
Yeni adını də İmam Həzrət Əlidən (ə) təsirləndiyi üçün seçdiyini bildirən Singh, "Onu da araşdırmış, həyatına dair məlumat sahibi olmuşdum. Onun həyatında özümə qarşı güc tapdım" söyləyir.

Singh 10 il boyunca içindəki mənəvi boşluğu doldurmaq üçün araşdırmalar apardığını, indilərdə isə bu boşluğu Quranı-Kərim tərcüməsi oxuyaraq qarşıladığını qeyd edib.

maide.az

captcha