İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam-france.org" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə bu etiraz aksiyası "İslamofobiya və irqçiliyin əleyhinə koordinasiya təşkilatının" (CRİ) dəvəti ilə keçiriləcəkdir. Bu təşkilat bəyaniyyə yayaraq Şarli Hebdo hadisəsindən sonra Avropa və Fransada islamofob hərəkatlarının güclənməsinə etiraz olaraq xalqdan Bastil meydanında Millət meydanına qədər keçiriləcək aksiyada iştirak etmələrini istəyib.
CRİ təşkilatı Avropanın ictimai fəzasına və Şimali Karolinada üç müsəlman cavanın irqçilik zəmnində qətlə yetirilməsinə işarə edərək bütün siyasi və ictimai təşkilatlar və KİV-lərdən istəyib ki, təyin olunmuş tarixdə dünyanı və Fransa tarixini ləkələyən və demokratiya və qardaşlıq dəyərlərini aşağılayan "islamofob" dalğasına qarşı mübarizə meydanına gəlsinlər.
Bu təşkilat yaydığı bəyaniyyədə bütün insanlar və beynəlxalq ictimai təşkilatlardan istəyir Mart ayının 14-də Fransa məktəblərində hicab qadağası və Avropdakı "islamofob" dalğasına qarşı beynəlxalq aksiya keçirilsin.