IQNA

Papa Fransisk istefaya gedəcək?

14:51 - March 16, 2015
Xəbər sayı: 2993845
Tehran(IQNA)_Roma Papası Fransisk Meksika televiziyasına müsahibəsində pontifik vəzifəsində maksimum 4-5 il qala biləcəyini deyib

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslam.az-ə istinadən verdiyi xəbərə görə, Roma Papası vəzifədən gedəcəyini desə də, bunun səbəblərini açıqlamayıb. “Pontifiklik müddətimin qısa olacağı ilə bağlı daxilimdə bir hiss var. Bu müddət 2-3 il də ola bilər. Hiss edirəm ki, Tanrı məni bura qısa müddətə gətirib” - deyə Papa müsahibəsində bildirib. Roma Papasının bunun səbəblərini açıqlamaması isə ona qarşı təzyiqlər edildiyi söz-söhbətini yaradıb. Qeyd edək ki, Fransiskin Roma Papası seçilməsindən artıq 2 il ötür.

Teqlər: papa ، istefaya ، gedəcək
captcha