IQNA

Azərbaycanda gözdən əlillər üçün Quran nəşr olunacaq - Foto

10:31 - March 17, 2015
Xəbər sayı: 3000034
Tehran(IQNA)_Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ilə görüşüb.

IQNA-nın ( Benəlxalq Quran Xəbər Agentiliyi) interaztv.com-a istinadən verdiyi xəbərə görə, görüşdə ölkədə Qurani-kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Teqlər: Gözdən ، əlillər ، quran ، nəşr ، azərbaycan
captcha