IQNA

1200 illik vikinq üzüyündə “Allah” yazısı

12:08 - March 17, 2015
Xəbər sayı: 3000121
Tehran(IQNA)_İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentiliyi) Maide.az -a istinadən xəbər verir ki, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.
Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır.

Teqlər: 1200 ، illik ، üzük ، isveçdə
captcha