İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyli trast" qəzetinə istinadən verdiyi xəbərə görə Nigeriyanın Milli Quran Qiraəti Yarışları cari ilin İyun ayının 9-dan 13-dək ölkənin şimal-qərbində yerləşən Sokutu şəhərində keçiriləcək və "Danfurdyo" universitetinin İslami İşlər Mərkəzi bu yarışlara evsahibliyi edəcək.
Milli Quran Yarışlarının keçirilməsi komitəsinin sədri Cəfər Kaura bu yarışların keçirilməsində əsas hədəf Nigeriya müsəlmanlarının Quranla ünsüyyətini daha da çoxaltmağa və Quranı öyrənməyə təşviq etmək olduğunu bildirib.
O deyib: Bu yarışların cari ilin mart ayında keçirilməsi planlaşdırılmışdı. Amma ümumi seçkilərlə üst-üstə düşdüyü üçün iyin ayına keçirildi.
Nigeriya Afrikanın qərbində bu qitənin ən çox cəmiyyəti olan ölkədir. Bu ölkənin yarısı müsəlman və digər yarısı da məsihilərdir.