IQNA

Nəsrullah Ərəbistanı sərt tənqid etdi;

Riyazın Yəmənə hücum üçün gətirdiyi bəhanələr əsassızdır!

10:33 - March 29, 2015
Xəbər sayı: 3054424
Beynəlxalq qrup: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, sionistpərəst ərəb ölkələrinin Ərəbistanın rəhbərliyi ilə Yəmənə olunan terror təcavüzünü kəskin şəkildə pisləyərək Riyazın Yəmənə hücum üçün gətirdiyi bəhanələri əsassız hesab edib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Mənar" peyk TV kanalına istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, keçən Cümə günü "əl-mənar" kanalından yayımlanan çıxışında Yəmənə olunan terror təcavüzünü kəskin şəkildə pisləyərək Riyazın Yəmənə hücum üçün gətirdiyi bəhanələri əsassız hesab etdi və vurğuladı: "Fələstin xalqı illərdir yardım istəyir, amma siz ərəblər yardım etməkdən imtina etdiniz. Bu dillə danışaq. Bəli, sünni xalqı sizdən yardım istədi, amma yardım etmədiz. Sizdə bu qəhrəmanlıq hardadır? Niyə sübh tezdən Yəməni bombaladınız? Nə səbəb oldu ki, əməliyyat qərarını verdiniz?



Deyim ki, heç bir səbəbi yoxdur. Əgər bu Yəmən xalqını xilas etmək üçün idisə, niyə Fələstin xalqına yardım etmədiniz?".



"Hizbullah" hərəkatının lideri daha sonra Yəmənə hücumu dəstəkləyən hər kəsin tezliklə layiqli cavab alacağını bildidi: "Siz müsəlmansınızsa, İslamla bu hücumunuzun qanuniliyini göstərə bilərsinizmi?



Yəmənmi Səudiyyəni təhdid edir? Yəmənin öz problemləri özünə bəs edər. Yəmən xalqı bölgəyə təhdid olan "əl-Qaidə" ilə mübarizə etdiyi bir vaxtda siz niyə bu xalqı hədəfə aldınız? Kim bu müharibədən razıdırsa, bu tökülmüş qana şərikdir. Kim ki, müharibəyə qatılıb və dəstək verirsə, cavab verəcək. Bəziləri müharibəyə hazır vəziyyətdə durublar. Siz müsəlman Yəmənə hücum edirsiz!



Ən çox iddia olaraq İranın Yəməni işğal etməsi mediada dezinformasiya olaraq yayıldı. Yəmən fəqir bir xalqdır. Əsas deyilənlər budur ki, Yəməni İrandan xilas etməliyik. Yəmənin İran tərəfindən işğal edilməsini necə sübut edə bilərsiniz? İranın Yəməndə bir hərbi varlığı varmı? Bu o qədər açıq yalandır ki, söz demək olmur.



Bəzisi deyir ki, bu hərbi deyil hegemoniya sərgiləməsidir. Bu Səud məntiqidir. Xalqlar ifadəsini Səud qəbul etmir. Xalqın inqilabını, xalqın istəyini Səud zehniyyəti heç bir vəchlə qəbul etmir. Təəssüf olsun ki, insanlara sürü və kölə kimi baxırlar. Yəni onların öz iradəsi yoxdur. Səud rejimi bu məntiqlə baxır. Bu məntiq yalnış baxışdır. Və məğlubiyyətə uğrayacaqdır. Səud diplomatiyasına baxsaq, ardıcılıqla biyabırçı siyasətə imza atdığını görərik. Yəni İranın böyük iş görməsinə ehtiyacı yoxdur. Bu sizin probleminizdi".



Seyyid Nəsrullah həmçinin vurğuladı: "Siz ərəblər Fələstini tək qoyduz. İran hər gücü ilə Fələstinə dəstək verdi. Bu hədəfə alınası şey deyil. Siz dəstək vermədiz. Amma İran dəstək verdi. İraqda da İran işğalı var deyirlər. Səud və dəstəkçiləri İraqda nə etdiniz? Səddama dəstək verdiniz. 200 milyard dollar verdiniz ki, İranla görüşməyin. İraqı döyüşə təşviq etdiniz. İki ölkə bu müharibənin acısını çəkməkdədirlər. Corc Buşa da siz dəstək verdiz ki, İraqı işğal etsin.Siz onun önünü açdız, maliyyə yardımı etdiniz. ABŞ gəldi və işğal etdi. İraq xalqı işğalla barışmadı və mübarizə etdi. Həm siyasət, həm də hərbi güclə mübarizə etdilər. Amma siz təkfirçiləri dəstəklədiniz. Pul verdiniz. Bomba dolu avtomobilləri İraqa siz göndərdiniz. Sünni, şiə və xristianların terror edilməsi səud kəşfiyyatının bir başa nəzarəti ilə həyata keçirilirdi. Ən böyük cinayətiniz İŞİD idi. Bender bin Sultan İŞİD-ə dəstək verdi, pul yardımı etdi və silahla təmin etdi. İŞİD sonda nəzarəti sizdən aldı. Bəs İraq xalqı sizdən nə xeyir gördü?".  



Seyyid Həsən Nəsrullah sonda vurğuladı ki, Ərəbistan, Qətər və Türkiyənin Suriyanı zəiflədərək özlərindən asılı vəziyyətə salmaq üçün etdikləri təlaşlar nəticəsiz qalıb və qalacaqdır.



3050311

Teqlər: nəsrullah ، livan ، hizbullah ، yəmən
captcha