İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) UNESCO-nun rəsmi saytı və Türkiyənin TRT TV kanalına istinadən verdiyi xəbərə görə UNESCO-nun icraçı katibi İrina Bokova dünən, 27 mart, Ərəbistanın dəstəyi ilə Yəmən əleyhinə həyata keçirilmiş hərbi təcavüzə reaksiya verərək, Yəmənə hava hücumları ilə hərbi təcavüzdə iştirak edən ölkələrdən bu ölkədə İslam və Mədəniyyət irsinin qorunmasını tələb etdi.
UNESCO-nun icraçı katibi vurğuladı: Ölkələrin mədəni irsinin qorunması vətəndaşların milli kimliyinin qorunması, gələcəyin tarixi və mədəni zənginliyi və barış içində yaşayacaq bir gələcəyin qurulması üçün zəruridir.
İrina Bokova həmçinin Yəmən mədəni irsinin yüz illər boyunca İslam mədəniyyəti, tarixi və təfəkkürünün daşıyıcısı olmasını vurğulayaraq əlavə etdi: Buna görə bu hərbi təcavüzdə iştirak edən bütün tərəflərdən tələb edirik ki, Yəmənin qiymətli mədəni irsini qorumağa çalışsınlar.
Qeyd edək ki, keçən cüməaxşamı günü səhər tezdən Ərəb ölkələri Amerikanın himayəsi ilə Yəmən torpağına hava qüvvələri Sənaya və başqa şəhərlərə hərbi təcavüz etmiş və bunun nəticəsində yüzlərlə günahsız mülki vətəndaş öldürülmüş və yaralanmışdır.
Bir sıra ölkələr, o cümlədən İran, İraq, Suriya, Rusiya və Livan bu hərbi təcavüzü məhkum etmişdir.