IQNA

Qırğızıstanda "Quran və Sünnədə qadının məqamı" konfransı keçiriləcək

0:26 - March 31, 2015
Xəbər sayı: 3063629
Xarici şöbə: Cari ilin aprel ayının 10-da Qırğızıstanda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "Quran və Sünnədə qadının məqamı" konfransı keçiriləcək.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam Təbliğatı və Beynəlxalq Əlaqələr Təşkilatının informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə Cari ilin aprel ayının 10-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Müəllimlər Universiteti" və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "Quran və Sünnədə qadının məqamı" konfransı keçiriləcək.



Bu konfrans əziz İslam Peyğəmbərinin (s) sevimli qızı Həzrət Zəhranın (s) təvəllüd günü ilə həmzaman olaraq keçiriləcək və konfransın keçirilməsində Bişkekin "Müəllimlər Universiteti", İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi, Tarix Universiteti, İctiami Elmlər Universiteti, Arabayev adına Hüquq Universiteti və Qırğızıstan İslamşünaslıq Universiteti həmkarlıq edəcəklər.



Arabayev adına universitetdə keçiriləcək toplantıda ustadlar, müəllimlər, tələbələr və elmi mərkəzlərin işçiləri iştirak edəcəklər.



Toplantıda İslamda qadın hüquqları, Qırğızıstan Qadın Təşkilatları, İslam Ümməti jurnalının araşdırılması və İslamda tərbiyəvi elmlər müzakirə mövzusu olacaqdır.


Teqlər: qadın ، İslam ، hüquq ، sünnə
captcha