IQNA

Küveytdə Quranın əlyazma nüsxələri muzeyi təsis edilir

11:15 - April 01, 2015
Xəbər sayı: 3073792
Beynəlxalq qrup: Küveytin Ədliyyə, Vəqflər və İslami işlər naziri bu ölkədə Quran-Kərim və Quran-Kərimin əlyazma nüsxələri muzeyinin açılacağı barədə xəbər verdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-Şüruq" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Yəqub əs-Sane - Küveytin Ədliyyə, Vəqflər və İslami işlər naziri, ölkəsində Quran-Kərimin əlyazma nüsxələri muzeyinin açılacağı barədə xəbər verərək dedi: Bu muzeydə dünyanın müxtəlif yerlərindən gətirilmiş Quran-Kərimin gözəl çap nüsxələri və həmçinin Quranın nadir və qədim əlyazma nüsxələri sərgilənəcəkdir.



Yəqub əs-Sane - Küveytin Ədliyyə, Vəqflər və İslami işlər naziri, "Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 6-cı turunun açılış mərasimindəki çıxışında dedi: Bu muzeyin təsisinin hədəfi Küveyti dünyanın mədəniyyət paytaxtı və əsas mədəniyyət mərkəzlərindən birinə çevirməkdir.



Qeyd edək ki, "Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 6-cı turunun açılış mərasimi Mart ayının 30-da Küveytin "Karvan Blaza" hotelində keçirilmişdir. Bu yarışlara bu gündən start verilib və yarışların qalibləri gələn həftənin 3-cü günü Aprel ayının 10-da mükafatlandırılacaqdır.


Teqlər: quran ، hifz ، qiraət ، yarış ، küveyt
captcha