IQNA

Yəmənə təcavüzün 9-cu günü;

Səud qırıcılarının "Babul-mindəb"ə hücumu / Ədən qoşun və xalq döyüşçülərinin kontrolunda

21:57 - April 03, 2015
Xəbər sayı: 3081921
Beynəlxalq qrup: Ərəbistanın Yəmənə təcüvüzünün doqquzuncu günü təcavüzkar ölkənin qırıcıları "Babul-məndəb" boğazına hava hücumları həyata keçirdilər. Bu tərəfdən də Ədən kamil şəkildə xalq qüvvələrinin əlinə keçdi, Yəmən sərhədində bir ərəbistanlı döyüşçü öldürüldü.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aladdwaa.com" informasiya portalına istinadən verdiyi xəbərə görə keçən doqquz gün ərzində Ərəbistan və müttəfiqləri Yəmənə "dağıdıcı tufan" adı altında hərbi təcavüzü davam edir. Bu təcavüzdə sionist rejiminin hərbi hava qüvvələri də Fars körfəzi ölkələri müttəfiqləri ilə Yəmənə təcavüzdə iştirak edti. İndiyədək bu hücumlarda 100 mülki vətəndaş, 62-si uşaq olmaqlar öldürülmüşdür. Bu təcavüz beynəlxalq ictimaiyyətin nifrətini Ərəbistan rejiminin əleyhinə oyatmışdır.



Ərəbistanın Yəmənə təcüvüzü zamanı təcavüzkar ölkənin qırıcıları "Babul-məndəb" boğazına və bu boğazda yerləşən "mayan adası"na hava hücumları həyata keçirmiş və bu regionu üç dəfə bobardman etmişlər.



Səud qırıcıları Səna və Sədə və digər regionları da bu gün bombardman etdilər.



Digər xəbərə görə Ədən kamil şəkildə Yəmən qoşunlarının, Ənsarullah döyüşçülərinin və xalq qüvvələrinin əlinə keçdi, terrorçulardan təmizləndi və Yəmənin Əsir və Hisn sərhədində bir ərəbistanlı döyüşçüsü öldürüldü və 10 nəfər yaralanmışdır.



3079848 

Teqlər: yəmən ، ərəbistan ، sionist ، fars ، körfəzi
captcha