Beynəlxalq qrup: Livan xalqı gələn Cümə günü, Aprel ayının 17-də Yəmən milləti ilə böyük həmrəylik və birlik, onlara vəfadarlıq və zalim sultanlar əleyhinə haqq fəryadı nümayişi keçirəcəklər. Beyrutun "Cənubi Zahiyə" regionunda keçiriləcək bu böyük toplantıda Seyid Həsən Nəsrullah çıxış edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livan Hizbullah Hərəkatına bağlı KİV-lərin ümumi əlaqələr mərkəzinə istinadən verdiyi xəbərə görə bu mərkəz bəyaniyyə yayaraq elan edib ki, Livan xalqı gələn Cümə günü, Aprel ayının 17-də günahsız yerə qətliam olunan şücaətli Yəmən milləti ilə böyük həmrəylik və birlik, yəmənlilərə vəfadarlıq və zalim sultanlar əleyhinə haqq fəryadı nümayişi keçirərək bu xalqa qarşı həyata keçirilən Amerika-Səud terrorist təcavüzünü məhkum edəcəklər. Beyrutun "Cənubi Zahiyə" regionunda keçiriləcək bu böyük toplantıda Seyid Həsən Nəsrullah çıxış edəcəkdir.
Bəyaniyyədə yazılır: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının baş katibi, Cümə günü, Aprel ayının 17-də keçiriləcək bu böyük nümayişdə yerli vaxtla saat 5:00-da Beyrutun "Cənubi Zahiyə" regionunda yerləşən "Seyyiduş-şühəda (ə)" adına İslam mədəniyyət və maarif mərkəzində çıxış edəcəkdir.