İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livan çapı olan "ən-nəhar" qəzetinə istinadən verdiyi xəbərə görə dünən Yəmənə təcavüzün 20-ci günü, Aprel ayının 13-də Məhəmməd Əbdül-Məlik Əş-Şami - Yəmən Ənsarullah təşkilatının mənəvi rəhbərlərindən biri, Livanın Beyrut şəhərində Zahiyə məntəqəsində "təşyi" olunandan (dəfn öncəsi mərasim keçiriləndən) sonra Hizbullah təşkilatının məşhur şəhidi İmad Müğniyə və oğlunun qəbrinin kənarında dəfn edildi.
Suriya Dini Elmi Hövzəsinin tələbəsi olmuş və Yəmən xalq hərəkatının yaranmasında mühüm rol ifa etmiş və Yəmən Ənsarullah təşkilatının mənəvi rəhbərlərindən biri sayılan Məhəmməd Əbdül-Məlik Əş-Şami 6 gün öncə səudluların "kəskin tufan" hərbi terror-təcavüz əməliyyatı döyüşlərində Sənada "əl-qaidə" tərəfindən edilən hücumlar nəticəsində yaralanmışdı və keçən Cümə günü Tehran xəstəxanalarından birində vəfat etdi.
Yəmənin "səbə`net" rəsmi xəbər agentliyinin verdiyi məlumata görə Yəmən Silahlı Qüvvələri qərargahının sözçüsü Qərargah Polkovniki Şərəf Ğalib Loqman cari ilin Aprel ayının 13-də Sənada keçirilən mətbuat konfransında Yəmənin yaşayış məntəqələrinin, həyati və ticarət mərkəzlərinin və indiyədək 1200 mülki yaşayış məntəqələrinin vurulmasını Yəmən xalqını dizə çökürtmək üçün hədəfli bir proqram olduğunu bildirdi. O, Yəmən xalqının son qətrə qana qədər dayanacağını və tezliklə bu qətliamlarını cavabını kəskin şəkildə verəcəklərini vurğulayaraq Ali-Səud terrorist rejiminə xəbərdarlıq etdi.
Qeyd edək ki, terrorist təcavüzünün 20-ci günü Məarib əyalətində qızlar üçün "Ayişə mədrəsəsi" adlı bir əhl-sünnə məktəbinin bütün şagirdlərinin qətliamının ardınca şəhidlərin sayı 2500 nəfəri keçdi.