İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Cavadi Amuli – Təsnim təfsirinin müəllifi, dünən, 18 aprel, Qumun "Əəzəm Məscidi"ndə keçirilən təfsir dərsində vurğuladı: Kafirliklərə qarşı bütün təzyiqlər onların İlahi nemətlər qarşısında etdikləri küfrə və naşükürlüyə görədir. Allah-Taala bütün yaradılış aləmini tam kamil və gözəl bir şəkildə yaradıb insana hədiyyə etdi ki, bu nemət süfərsindən ona verilən ağıl və dini rəhbərləin vasitəsilə bəhrələnsin. İnsana ağıl verdi ki, ağılı ilə anladığına əməl etsin, vicdanı qazi olaraq ona verdik ki, əməl və ağıl qanunu arasında hakimlik etsin. Amma insan ağıl qüvvəsi və İlahi hidayətçilərin deyil, şeytanın dəvətini qəbul etdi.
Təfsir ustadı haşiyə çıxaraq buyurdu: Bəşər sivilzasiyasının ən azı 4000 illik idarəetmə qanunu insanın daxili idarəetmə qanunundan surətçıxatmadır. İnsan bədənində qanunverici orqan "ağıl"dır. Ağıl (qanunverici orqan) nəyin pis və yaxşı olduğunu özünün və İlahi köməyin (vəhy, müqəddəs kitab, peyğəmbərlər, imamlar) vasitəsilə anlayır, əzalara göstəriş (icraedici orqan) verir ki, o cür də əməl etsinlər. Bəzən "nəfs" (azdırıcı orqan, daxili şeytan) insana qanunun əksinə əməl etməyə sövq edir. Bu zaman bədənin qazisi (ali məhkəmə) olan Vicdan nəfsi danlamağa və məhkum etməyə başlayır ki, ağılın əmrindən çıxmasın. Bəşərin idarəçilik sistemi də belədir: Qanunverici orqan, icraedici orqan və qanunun icarsına nəzarət orqanı.
Ayətullah əlavə etdi: Bu üç qüvvəni (ağıl, icraetmə, vicdan) Allah-Taala insanın ali məqsədlərə çatması üçün möhkəm, ədalətli və pak fitrət əsasında yaradıbdır. Onlar heç vaxt dəyişilə bilməz, çünki Quran buyurur: "La təbdilə lixəlqillah".
Amma bunlar şeytani vəsvəsənin, şəhvət və qəzəbin və nəfsani istəklərin altında qalıb tozlana bilərlər. Bu zaman insan nəfsin və şeytanın haqqı batil və batil yolu doğru yol kimi cilvələndirməsinə asanlıqla aldanacaqdır.
İnsanın pis nəfsi, pis dostlar və şeytani vəsvəsələri olmasa, insan öz ixtiyarında olsa, həmişə öz pak fitrəti əsasında irəli gedəcəkdir.
Buna görə də günaha meyl etmək yalançı meyldir, fitrətə uyğun deyil. İnsan zatən və yaradılışa görə günahdan uzaqdır, insanın bədəni və ruhu sağlam qida üçün yaranıb, zəhərli qidalar üçün deyil.