IQNA

Rəcəb Ayı

15:27 - April 21, 2015
Xəbər sayı: 3185586
Tehran(İQNA)_Rəcəb ayının ilk gecəsi il boyu dörd mühüm gecədən biridir ki, ehya saxlamaq və ibadət etmək çox təkid olunmuşdur.

Həzrət Əmirəl-möminin Əli (ələyhissəlam) Rəcəb ayında dünya gəldiyi üçün bu ayı O həzrətə nisbət verirlər. Mübarək Rəcəb ayına qüsl ilə daxil olmaq müstəhəbdir. Bu ayın ilk gecəsi il boyu dörd mühüm gecədən biridir ki, ehya saxlamaq və ibadət etmək çox təkid olunmuşdur.
Mübarək Rəcəb ayının 13-ü Mövla Əli(ə)nin doğum günüdür. Bir çox müsəlman toplumlar bu günü "Atalar günü" yaxud "Kişilər günü" kimi qeyd edirlər.
Mübarək Rəcəb ayının birinci cümə axşamına ləylət-ül-Rəğaib yəni “arzu və istək gecəsi” deyirlər. Bu gecəyə məxsus əməllər vardır ki, öz növbəsində bu gecənin necə də əhəmiyyətli və fəzilətli olmasının göstəricisidir.
Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
Rəcəb ayının ilk cümə axşamından qafil olmayın. Çünki bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar.

maide.az

Teqlər: rəcəb ، ayı ، fəziləti
captcha