IQNA

BMT nümayəndəsi Hz.Əlinin (ə) məzarını ziyarət edib

11:08 - April 22, 2015
Xəbər sayı: 3190839
Tehran(İQNA)_Nəcəf şəhərinə səfər edən BMT sədrinin xüsusi nümayəndəsi Ayətullah Sistani ilə görüşüb.

İQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, BMT nümayəndəsi Nəcəf şəhərində səfərdə olub. BMT sədrinin xüsusi nümayəndəsi Yan Kubiş dünən Nəcəf şəhərinə səfər edib. O, şəhərə daxil olduqdan sonra həzrət Əlinin (ə) müqəddəs məzarını ziyarət edib.

Yan Kubiş İraqın nüfuzlu təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani ilə də görüşüb. Görüşün təfərrüatları haqda məlumat verilməsə də, BMT nümayəndəsinin digər İraq müctehidləri ilə də görüşəcəyi bildirilib.

Teqlər: bmt ، nümayəndəsi ، Hz.Ali ، Məzarını ، ziyarət ، etdi
captcha