IQNA

“Şeyxüt-taifə” hansı alimin ləqəbidir?

8:42 - April 26, 2015
Xəbər sayı: 3207931
Tehran(IQNA)_Cəfəri məzhəbinin inkişafındakı müstəsna xidmətlərinə görə ona “şeyxüt-taifə”, yəni məzhəbin şeyxi ləqəbini vermişlər.

IQNA_nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) islam.az-a istinadən verdiyi xəbərə görə, Tarixdə “Tusi” ləqəbi ilə tanınan iki məşhur alim olub. Onların hər ikisinin adı Məhəmməd, künyəsi Əbu Cəfərdir. Bu iki alimi bir-birindən ayırmaq üçün mənbələrdə onlara fərqli ləqəblər vermişlər. Alimlərdən biri XIII əsrdə yaşamış məşhur ilahiyyat alimi, astronom, riyaziyyatçı, dövlət xadimi, Marağa rəsədxanasının təsisçisi Nəsirəddin Tusidir. Dini kitablarda onu çox zaman “Xacə Tusi” ləqəbi ilə yad edirlər.

İkinci Tusi isə XI əsrdə yaşamış görkəmli şəriət və hədis alimidir. O, cəfəri məzhəbinin 4 mötəbər hədis məcmuəsindən ikisinin – “Təhzib əl-ehkam” və “İstibsar” kitablarının, irihəcmli “Tibyan” təfsirinin, eləcə də, müxtəlif dini mövzulara həsr olunmuş onlarla əsərin müəllifidir.
Bu barədə qeyd edilir ki, Cəfəri məzhəbinin inkişafındakı müstəsna xidmətlərinə görə ona “şeyxüt-taifə”, yəni məzhəbin şeyxi ləqəbini vermişlər.

Teqlər: Şeyxüt ، taife ، hansı ، alim ، ləqəbi
captcha