IQNA

İŞİD: Arxeologiya elmini öyrənmək haramdır!

10:13 - May 03, 2015
Xəbər sayı: 3247217
Beynəlxalq qrup: İŞİD terrorist qruplaşmasının özlərini "alim" adlandıran cahil müftiləri yenə də əcaib bir fətva ilə gündəmə gəliblər. Bu dəfə onlar "arxeologiya elmi"ni öyrənməyi öz kontrolları altında olan regionlarda haram ediblər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk kanalının xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə "İŞİD terrorist qruplaşmasının özlərini "alim" adlandıran cahil müftiləri yenə də əcaib bir fətva ilə gündəmə gəliblər. Bu dəfə onlar "bütpərəstlik" yayılmasın deyə "arxeologiya elmi"ni öyrənməyi öz kontrolları altında olan regionlarda haram ediblər. Onlar bundan nigərandırlar ki, bu elm bütpərəstliyi yaya bilər" – Eymən Ət-Təmimi belə deyib.



Eymən Ət-Təmimi vurğulayıb: İŞİD müftiləri öz yeni fətvalarında "arxeologiya elmi"ni öyrənməkdən əlavə "hotelçilik"lə məşğul olmağı da haram etmişdir.



Qeyd edək ki, İŞİD terrorist ünsürləri İraq, Suriya, Yəmən və əllərində olan digər regionlarda qədim tarixi abidələri məhv edirlər.    



3241064

Teqlər: İŞİd ، İraq ، suriya ، yəmən ، arxeologiya ، tarix
captcha