İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) interaztv.com-a istinadən verdiyi məlumatına görə, Həzrəti Zeynəb (s.ə) qardaşı imam Hüseynlə (ə) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməsindən sonra Şama əsir aparılan xanım Zeynəb (s.ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırıb. Məhz buna görədir ki, həzrəti Zeynəb (s.ə) imam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.
Xanım Zeynəbin (s.ə) məqbərəsi Dəməşqdə yerləşir. Suriyada təkfirçi və radikal qruplaşmaların təcavüzü nəticəsində bu müqəddəs məkana dəfələrlə ziyan vurmaq istəyiblər. Görünür, elə 14 əsr əvvəl Kərbəla faciəsində Yezid və əlaltıları vasitəsilə Əhli-beytə qarşı aparılan vəhşi siyasət indi də yezidin varislərinin əli ilə həyata keçirilir.