IQNA

İİR-nın beynəlxalq Quran yarışlarının hakimlərinin adları açıqlandı

10:01 - May 13, 2015
Xəbər sayı: 3296300
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının beynəlxalq Quran-Kərim yarışlarının 32-ci turu 12 iranlı və 10 xarici hakimin iştirakı ilə keçiriləcəkdir.


İQNA-nın İran İslam Respublikasının beynəlxalq Quran-Kərim yarışlarının 32-ci turunun mətbuat xidməti idarəsinə istinadən verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Seyyid Mustafa Hüseyni - İran İslam Respublikasının beynəlxalq Quran-Kərim yarışlarının 32-ci turunun mətbuat xidməti idarəsinin rəisi, İİR-nın Quran-Kərim yarışlarının 32-ci turunun 12 iranlı və 10 xarici hakimin iştirakı ilə keçiriləcəyinə işarə edərək dedi: Əbdur-Rəsul Əbayi yarışların 32-ci turunun hakimlər heyətinin rəisi, Qasim Rəizi və Kərim Dövləti isə heyətdə nəzarətçi kimi iştirak edəcəklər.



Həmçinin o əlavə etdi: Qulamrza Şahmeyvə İsfəhani “ləhn” ilə oxunuş bölməsinin hakimi, Əhməd Əbul-Qasim “sout” (muğam) bölməsinin hakimi, Seyyid Cəccad Sadat Fatimi “vəqf və ibtida” bölməsinin hakimi, Abbas İmam Cümə “təcvid” bölməsinin hakimi, Rza Dəyanət və Əmir Ağayi isə “hifzin gözəlliyi” bölməsinin hakimi olaraq bu yarışlarda ölkə daxili hakimlər olaraq iştirak edəcəklər.



Hüseyni bildirdi: Höccətul-İslam vəl-Müslimin Məhəmmdə Hacı Əbul-Qasim “hifz yönəldicisi” (hifz hadisi), Mehdi Dəğağələ və Mötəz Ağayi isə “rəhbər ustad” kimi Quran yarışlarının 32-ci turunda iştirak edəcəklər.  



İordaniyadan Səmih Əhməd Xalid əl-Əsamənə “təcvid”, İndenoziyadan Seyid Əqil Hüseyn əl-Münəvvər “təcvid”, Əl-Cəzayirdən Nuruddin Məhəmmədi “hifzin gözəlliyi”, Pakistadan Əhməd Miyan Tahanəvi “vəqf və ibdtida”, İraqdan Səlman Əli Fəlih “sout” (muğam), Livandan Xalid Bərəkat “vəqf və ibtida”, Küveytdən Həmid Murad Məhəmməd Əşknani “sout”, Malaziyadan Xəlil Nur bin Məhəmməd “ləhn”, Misirdən Taha Məhəmməd Əbdul-vahhab Xəbiz və Livandan Adil Xəlil “ləhn” bölmələrində iştirak edən xarici hakimlər olacaqlar.



3290825       

Teqlər: quran ، 32 ، ci ، tur ، iran
captcha