IQNA

11:19 - May 13, 2015
Xəbər sayı: 3296369
Tehran(İQNA)_Səudiyyə Ərəbistanı Ayətullah Nimrin edamından sonra yaranacaq iğtişaşlardan və zülmün cavabsız qalmayacağından ehtiyyat edərək Ayətullah Baqir Nirmin edamını təxirə salıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) islamazeri.az-a istinadən verdiyi məlumatına göre, Səud rejiminin rəsmilərindən bu barədə B.Nimrin ailəsinə məlumat verilib. Məlumatda bildirilir ki, Səud rejimi Ayətullah Nimrin edamından sonra yaranacaq iğtişaşlardan və zülmün cavabsız qalmayacağından ehtiyyat edərək Şeyxin edamını təxirə salıb.

Həmçinin, qeyd olunur ki, rejim B.Nimrə ailəsiylə görüşmək üçün icazə verilib. Rəsmilər bilidiriblər ki, amma, bu, heç də Nimrin edam olunmasının ləğvi demək deyil. Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının şərqində izdihamlı insan toplumlarının aktivliyi ilə geniş miqyaslı aksiya keçirilib. Aksiyada iştirak edənlərdən 80 nəfəri Səud rejimi tərəfindən həbs edilib. Əlavə məlumatlara görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən açılan silahlı atəş nəticəsində bir neçə nəfərin yaralandığı da istisna edilmir. Xatırladaq ki, Ayətullah Baqir Nimrin 14 may tarixində edam olunacağı bildirilmişdi. Digər məlumata görə, onun edamı mayın 28-nə təxirə salınmas bildirilir.

Teqlər: Səud ، rejimi ، Baqir ، Nimri ، edamı ، təxir
Ad:
E-poçt:
* Comment:
* captcha: