IQNA

Seyid Həsən Nəsrullah:

Təkfir layihəsi İslam ümmətini zəiflətmək üçün ABŞ tərəfindən hazırlanıb

8:50 - May 17, 2015
Xəbər sayı: 3304193
Beynəlxalq qrup: Livan "Hizbullah Hərəkatı"ının lideri və baş katibi Höccətul-İslam vəl-müslimin Seyyid Həsən Nəsrullah onun haqqında yayılan yalan ölüm xəbəri, Yəmən böhranı və yeni "nəqbə" təkfirçi təhlükəsindən danışdı.


 



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) "əl-Mənar" peyk TV kanlının rəsmi xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə "Nəqbə" günü münasibətilə Livan "Hizbullah"ının lideri Seyid Həsən Nəsrullah çıxış edib.



"Əl Aləm" və "Əl Mənar" telekanalları ilə canlı yayımlanan çıxışda o, onun haqqında yayılan yalan ölüm xəbəri, Yəmən böhranı, Suriyanın son durumu, "müqavimət qüvvələrinin nailiyyətləri" və yeni "nəqbə" təkfirçi təhlükəsindən danışdı.



Seyid Nəsrullah ilk öncə İsrail və bəzi Qərb, o cümlədən ərəb mediasında yayılan yalan xəbərlərdən danışıb: "Əsil məsələyə keçməmişdən öncə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ara sıra bəzi KİV və sosial medialarda mənim öldüyümdən, ürək çatışmamazlığı, kəllə qanaxması və ya xərçəng xəstəliyinə tutulduğumdan söz açırlar. Mən əvvəla belə şeylərə diqqət edilməməsini istəyirəm. Bunlar tamamilə yalandır. Bunlar ruh düşkünlüyü yaratmaq üçün psixolojik müharibənin bir hissəsidir. Şübhəsiz ölüm Allahın əlində olan bir şeydir; ancaq səhhətimlə bağlı onu demək istəyirəm ki, heç bir xəstəliyim yoxdur, hətta adi dərman istifadə etməyə ehtiyacım yoxdur. Amma bir insanın şəhadəti, qətlə yetirilməsi ölümü Allahın əlindədir. Bir insanın ölümünün gizli saxlanması mümkün deyildir. Bəzi yerlərdə bu işi etsələrdə, biz belə bir şey etmirik. Bəzi sosial şəbəkələrdə mənim çıxışlarım zamanı meyvə suyu içməyimə işarə edirlər. Meyvə suyu içməyimin səhhətlimlə heç bir əlaqəsi yoxdur. Bir saatlıq çıxış zamanı ağız quruluğunun qarşısını alır. Çıxış edən hər kəsə meyvə suyu və ya limonat içməyini tövsiyyə edirəm."  



"Hizbullah" lideri İslam Peyğəmbərinin Məbəs günü münasibətilə müsəlmanları təbrik edərək, bir neçə gün öncə İmam Museyi Kazimin şəhadəti münasibətilə də başsağlığı verdi.



Seyid Nəsrullah Qəlamundakı əmliyyatlardan, Livandakı seçkilər və Fələstində qeyd edilən "Nəqbə" günündən danışıb: "Nəqbə üçün əvvəla onu deməliyəm ki, Fələstin xalqının və bu ümmətdəki insanların 67-ci ildönümü münsibətilə keçirdikləri tədbirlər ümmət baxımından bir məğlubiyyətdir. Bu bir həqiqətdir. Bölgə xalqları o dönəmdə ingilis-sionist planları ilə qarşı-qarşıyaydı. 1948-də torpaqlar işğal edildi və qəsbkar sionist rejim quruldu. Yüz minlərlə fələstinli qaçqın oldu və bu, bölgə üçün yeni işğalçılıq və təhlükənin başlanğıcı idi. İsrail daha sonra 1967-ci ildə yayıldı. Fələstin, Livan, Suriya, Misir və İordaniyada hökümətlərə, ordulara, xalqlara qarşı hücumların və müharibənin səbəbkarı oldu. Bu rejimin hücumlarında ən çox payı Livan və Fələstin xalqı aldı. Hələ də, bu hücumlar davam edir. O dönəmdəki vəzifələr haqda, Ərəb dövlətlərinin, liderlərinin krallarının, əmirlərinin və siyasi güclərinin, ziyalılarının vəzifələrinin ölçüsü haqqında danışmalıyıq. Hədər edilən fürsətlər haqqında, göstərilən səhlənkarlıqlar, bunların səbəbləri və hesablanan yalnış proqnozlar barədə danışmalıyıq. İqtidarda olmaq üçün edilən xəyanətlər, ya da krallıq və ya iqidar kreslolarının yaradılması üçün edilən bazarlıq haqqında danışmalıyıq. Bunlardan başqa, o dönəmin mücahidlərini, ziyalılarını, mübarizlərini və qəhrəmanlıqları xatırlamalıyıq. O dönəmdə bir çox müqavimət təşkilatı ümmət içində yalnız buraxıldı və təhqir edildi. Burada son gülləsinə kimi döyüşən şəhidləri də yad etməliyik. Yəni hər iki tərəf haqda müzakirələr aparılmalıdır.



"Nəqbə" gününün faciəsi Fələstin xalqının bölünməsi, müqəddəs məkanların işğal edilməsi oldu. Bu da hamımıza təsir etdi."   



"Hizbullah" lideri təkfirçilərin yeni "nəqbə" olduğunu bildirib: "Təkfirçilər bu gün böyük bir təhlükədir. Biz bu "nəqbə" - fəlakətlə qarşı-qarşıya durmuşuq. Bu gün biz ABŞ-təkfirçilik-sionizm planları və tələsiə üz-üzəyik. ABŞ, bu planlarla ümməti zəfilətməyə, parçalamağa və ona hakim olmağa çalışır. Bu gün bizlər, keçmişdəki problemlərin eynisilə üz-üzəyik. Təhlükə və təhdidi anlamamaq, məsiliyyəti üzərinə götürməmə, fürsətləri əldən vermək, düzgün olmayan hesablamalar, etnik, qrup, məzhəbi və milli maraqları  ümmətin maraqlarından üstün tutmaq. Bütün bunlar, yeni bir tarix, yeni başlıqlar altında bir daha gündəmdədir. Keçmişdəki məzmunlarla yenidən təkrar etməkdəyik. Lakin, bütün bunlara qarşı şüuru,  bəsirəti və müqaviməti gücləndirmək üçün səy göstərmək lazımdır. Yeni "nəqbə", ildönümlərində tədbirlər təşkil edib narahatçılığımızı dilə gətirdiyimiz 1948-ci ildəki "nəqbə"dən daha böyük bir təhlükədir. 1948-də Fələstin əldən çıxdı, amma fələstinlilər qaldı. İşğal altında olsa da. Fələstinin müqəddəsləri qaldı və Fələstin davası müakirə mövzusudur. Lakin, təkfirçilərin ümmət içində yaratdığı "nəqbə" Fələstin davasının itirilməsinə, müqəddəslərin yox edilməsinə, bundan daha təhlükəli olan ölkələrin və xalqların yox olmasına səbəb olacaq. Livana, Suriyaya, İraqa, Yəmənə, Bəhreynə, Misirə, Liviyaya, Pakistana, Əfqanıstana, bütün ərəb və İslam dünyasına yayılacaq.



Təkfirçilərin bayrağının, liderlərinin, döyüşçülərinin fikri, ideoloji, hərbi və maliyyə və ya informasiya dəstəyinin olduğu hər bir yerə bu "nəqbə" yayılacaq. Bu "nəqbə" harda olursa olsun, onları dəstəkləyən və təşkilatlandıranların da başına bəla olacaq. Bu səbəbə görə,  1948-ci ildəki "nəqbə"nin təcrübəsindən yararlanaraq hər kəsdən tarixdən dəsrs almasını və ibrət çıxarmasını istəyirəm.



Bizim, atalarımızın və övladlarımızın nəticələrindən acı çəkdiyimiz bu taridən nəvələrimiz də, acı çəkəcək. Bu amerikan-təkfirçi planları qarşısında məsuliyyətli olmalıyıq. Onlar daha böyük "nəqbə" yaradıb, ölkələri, xalqları, orduları və müqəddəsləri yox etmək istəyirlər. Bizim 6 ay, 1 il, 2 il, 3 il öncə dediklərimizlə bu gün, bir çox ölkədə üz-üzəyik. Dağıtma, məhv etmə, qətliam, parçalanma, bölünmə ümməti gözləyir. Əgər bu təkfirçi planlara qarşı səssiz qalınsa, sionst planlara qarşı necə gecikmiş oldusa, elə də olacaq."



3304143

Teqlər: livan ، hizbullah ، şiə ، suriya
captcha