IQNA

Çeçenistanda dünyanın ən böyük məscidlərindən biri tikiləcək

9:25 - May 17, 2015
Xəbər sayı: 3304211
Tehran(İQNA)- Çeçenistanda açılışından sonra dünyanın ən böyük məscidlərindən biri olacaq məscidin tikinti işləri aparılır. Burada 20 mindən çox insan eyni zamanda ibadət edə biləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırovun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Şali şəhərində dünyanın ən böyük məscidlərindən biri tikilir. Bu gün mən tikinti meydançasında oldum. Günbəzin örtülməsi prosesi sona çatmaq üzrədir. Burada 20 mindən çox insan eyni zamanda ibadət edəcək”,- deyə Kadırov bildirib.

O, həmçinin məlumat verib ki, məscidin tavanlarının hündürüyü 36 metrə, minarələrin hündürlüyü isə 64 metrə çatır.

Teqlər: Çeçenistan ، dünya ، ən ، böyük ، məscid
captcha