IQNA

Peyğəmbər məscidinin imamına namazda hücum etdilər

13:44 - May 19, 2015
Xəbər sayı: 3305404
Tehran(İQNA)- Səudiyyə Ərəbistanının Mədinə şəhərində həzrəti Muhammədin (əs) məqbərəsinin olduğu “Məscidi Nəbəvi”nin imamına namaz vaxtı hücum olunub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla verdiyi xəbərə görə, hadisə mayın 17-də sübh namazı vaxtında namaz qılınarkən baş verib.


Bildirilir ki, məscidə girən şəxs qışqıraraq cərgələrin arasında zorla keçərək imam Hüzeyfiyə yaxınlaşır. Hücum edən şəxs imama çatmadan məscidin təhlükəsizlik qüvvələri onu yaxalamağa müvəffəq olublar. Saxlanılan şəxs Mədinə polis idarəsinə aparılıb.


Faktla bağlı açıqlama verən Mədinə polis idarəsinin mətbuat sözçüsü Fəhd bin Amr əl Qanim 40 yaşlı şəxsin psixoloji problemləri olduğunu bildirilib.

Teqlər: peyğamber ، məscid ، İmamı ، namaz ، hücum
captcha