IQNA

Bu gündən müqəddəs Şaban ayı başlayır

11:12 - May 20, 2015
Xəbər sayı: 3305760
Tehran(İQNA)- Bu gün hicri-qəməri tarixinin səkkizinci ayı, yəni müqəddəs şaban ayının biridir. Şaban ayı özündə ehtiva etdiyi dini münasibətlər və müqəddəs günlərə görə özünəməxsus şəkildə qeyd edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İnterAz-a istinadla xəbər verir ki, tarixi hədislərə əsasən, bu ayın 3, 4, və 5-ci günləri İmam Hüseyn (ə) və onun vəfalı qardaşı Əbul-Fəzl Abbas və müsəlmanların 4-cü imamı həzrət Əli ibni Hüseynin (ə) doğum günləridir. Ayın 15-i isə müsəlmanların 12-ci imamı həzrət Mehdi Sahibəzzəmanın (ə) doğum günüdür.


Şabanın fəzilətini daha çox əks etdirən xüsusiyyətlərdən biri də, bu ayda tutulan orucların Ramazan ayının oruclarından geri qalmamasıdır. Həzrət Məhəmməddən (s) Şaban ayının cümə axşamları günündə oruc tutmaq barədə belə buyurur: "Əgər müsəlman bu günləri oruc tutarsa, Allah onun bədənini cəhənnəm atəşinə haram edər." Yəni cəhənnəm atəşi onu əsla yandırmaz. O həzrət Şaban ayının son 3 günündə oruc tutanlara qiyamət günü şəxsən özünün şəfaət edəcəyini bildirib.


Şaban ayında misilsiz savaba malik olan əməllərdən biri də "Şəbaniyyə" münacatını oxumaqdır. Bu duanı həzrəti Əli (ə) və digər imamlar həmişə oxuyar və digərlərinə başa salardılar. "Şəbaniyyə" duası insanla Allah arasında olan irfani hislərə toxunur və İslam külliyyatının misilsiz dualarındandır.

Teqlər: müqəddəs ، Şaban ، ayı ، başlayır
captcha