IQNA

Çinin kommunist lideri dinlə bağlı gözlənilməz açıqlama verib

13:35 - May 22, 2015
Xəbər sayı: 3306306
Tehran(İQNA)- Si Tszinpin: "Hər bir cəmiyyətin və ölkənin irəliləməsi üçün dinə ehtiyacı var".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin bəyan edib.

"Biz dinin sosialist cəmiyyətimizin içində olması üçün tədbirlər görməliyik".


Onun sözlərinə görə, ölkədə bütün dinlər xarici təsirlərdən asılı olmayaraq, azad olmalıdır. O, bunu qarşılığında bütün dini icmalardan Çinə sədaqət nümayiş etdirmələrini istəyib: "Hər bir cəmiyyətin və ölkənin irəliləməsi üçün dinə ehtiyacı var. Çin də bunlardan biridir".


Qeyd edək ki, Çində kommunist ideologiya hakimdir.

Teqlər: çin ، lidəri ، dinlə ، bağlı ، söz
captcha