IQNA

Əhməd Nuəynə "Ərəb Quran Qariləri Birliyi"nin rəisi oldu

23:56 - May 22, 2015
Xəbər sayı: 3306377
Beynəlxalq qrup: Əbdul-Əziz Abdullahın rəisliyi ilə idarə olunan "Ərəb millətləri və parlamentləri təşkilatı" Misirin tanınmış peşəkar qiraət ustası Əhməd Nuəynəni "Ərəb Quran Qariləri Birliyi"nin rəisi təyin etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Əbdul-Əziz Abdullahın rəisliyi ilə idarə olunan "Ərəb millətləri və parlamentləri təşkilatı" Misirin tanınmış peşəkar qiraət ustası Əhməd Nuəynəni "Ərəb Quran Qariləri Birliyi"nin rəisi təyin etdi.



Əbdul-Əziz Abdullah bu barədə deyib: "Ərəb Quran Qariləri Birliyi" Ərəb ölkələri səthində ilk qarilər birliyidir ki, dünyanın müxtəlif ölkələrindən böyük qiraət ustadları bu birliyə üzvdürlər.



O əlavə etdi: Bu birliyin qərargahı Misirin paytaxtı Qahirə şəhəri olacaqdır. Və bu birliyin təsis olunmasının hədəfi Quran qarilərini, xüsusi ilə də cavan qiraətçiləri himayə etmək, onların bacarıq və istedadlarını gücləndirmək və genişləndirmək. Bununla da Quran qarilərinin dünya səthində ən yaxşı İslam səfiri olmaqlarına zəmin yaranacaqdır.



Əbdul-Əziz Abdullah vurğuladı: Bu birlik Quran qarilərinin mübarək Ramazan ayında və digər dini münasibətlərdə dünyanın müxtəlif ölkələrinə ezamiyyətlərini də təşkil və himayə edəcəkdir. Bu ezamlar əsasən də qeyri-ərəb öklərinə təşkil olunacaqdır, çünki onlar ərəbdilli peşəkar Quran qarilərindən Quran eşitməyin və öyrənməyin teşnəsidirlər.



3306287  

Teqlər: quran ، misr ، Ərəb ، nuəynə ، qiraət
captcha