İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla verdiyi məlumatına əsasən, Həzrət Abbas (ə) hicrətin 26-cı ilində dünyaya gəlib, çoxlu fəzilətlərinə görə "Əbəlfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanıb.
Qısa ömür sürməsinə baxmayaraq, Həzrət Abbas (ə) Allah yolunda misilsiz xidmətlər göstərib. Əlbəttə ki, həyatının kulminasiya nöqtəsi hicri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Kərbəlada baş verən hadisədir. Minlərlə düşmən tərəfindən mühasirədə olan imam Hüseyn (ə) İslam bayrağını məhz kiçik qardaşına tapşırdı. O da bu missiyanın öhdəsindən layiqincə gəldi. Düşmən bu bayrağı onun əllərindən ala bilməyəcəyini anladı. Həzrət Abbas (ə) bayrağı əldən vermədi, qollarını qurban verdi, amma Hüseynin (ə) əmanətinə xəyanət etmədi.
Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara Həzrət Abbas (ə) mərdliyi və sadiqliyi diləyirik.