IQNA

Ayətullah Üzma Məkarim Şirazi:

Oxumaq, təfəkkür və əməlin müqəddiməsi olmaldır

19:24 - May 29, 2015
Xəbər sayı: 3308844
Quran üzrə fəaliyyətlər qrupu: Şiələrin təqlid mərcəsi həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi bu gün Məşhəddə keçirilən "Nur tilavəti xidmətçilərinə təşəkkür" toplantısına göndərdiyi məktubda məscidlərdə Quran təfsiri və tilavətinin davamlı olduğunun xoşhaledici bir məsələ olduğunu qeyd edərək yazır: "Biz təkcə oxumaq və təfsirə qane olmamalıyıq, bəlkə bunlar təfəkkür və əmələ müqəddimə olmalıdır".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-nın "Nur tilavəti xidmətçilərinə təşəkkür" toplantısı bu gün səhər müqəddəs Məşhəd şəhərində öz işinə başlayıb. İran Cümə və Camaat İmamları, Mədəniyyət və İrşad nazirliyi və İran Məscidləri nəzdində fəaliyyət göstərən "mədəniyyət və sənət birlikləri"nin iştirakı ilə keçirilən bu toplantı Quran üzrə fəaliyyət göstərənlərə, qarilər, hafizlər, təfsirçilər və Quran xidməti üzrə təşkilatçıları təqdir və təltif etmək, onların əməklərini dəyərləndirmək hədəfi ilə təşkil olunmuşdur – (bax: 3308764).





Həftənin bazar gününədək davam edəcək bu toplantıda Rəhimpur Əzğədi çıxış edib və Ayətullah Üzma Nasir Məkarim Şirazinin məktubu İmam Əli (ə) və Əllamə Təbatəbai adına "Quran Evi" müəssisələrinin məsul işçisi Mürtəza Nəcəfi Qüdsi tərəfindən qiraət olunub.





Məktubunu Allahın adı və Quran ayəsi – "müsəlman olmağa əmr olundum və əmr olundum ki, Quran tilavət edəm" – ilə başlayan şiələrin təqlid mərcəsi həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi məktubda vurğulayıb:





"... Quranın tilavəti həm Quranın özündə və həm də Peyğəmbərin (s) və məsumların sünnəsində təkid olunmuş işlərdəndir. Belə ki, Quran Peyğəmbərin (s) vəzifələrindən birini Quranın tilavəti hesab edib.



Quran-Məcid buyurur: Qurandan bacardığınız qədər qiraət edin. Buna görə Quran tilavəti müsəlmanın gündəlik proqramlarından biri olmalıdır. Hədislərə əsasən bəzən məsumlar (s) hər gün Quranın 3-dən birini (10 cüz) qiraət edirdilər.



Əgər bu tilavət və qiraət hər gün namazlardan sonra məscidlərdə toplum halında hamı tərəfindən oxunarsa, bu nur üstə nur olacaqdır.



Şükür olsun ki, son illərdə məscidlərimizdə vacib namazlardan sonra Quran tilavəti və Camaat İmamları tərəfindən təsfiri davamlı şəkildə həyata keçirilir. Məscidə gəlməyin bərəkətini Quran tilavəti və təfsiri ilə bir az da rövnəqləndirirlər.  



Amma bu miqdara qane olmamalı, bunlar hamsı təfəkkür və əməl üçün giriş olmalıdır...".



3308771    

Teqlər: quran ، məscid ، tilavət ، qiarət
captcha