IQNA

Bakıda həzrət İmam Mehdinin (ə) mövludu qeyd olunacaq

10:21 - June 01, 2015
Xəbər sayı: 3309956
Tehran(İQNA)- İyunun 6-da Bakının Bilgəh kəndində müsəlmanların 12-ci imamı həzrət Mehdinin (ə) mövlud günü münasibətilə bayram tədbiri keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) SalamNews-a istinadla verdiyi məlumatına görə, mərasim kəndin "Xanım Zəhra" məscidində baş tutacaq. Mərasimdə tanınmış ilahiyyatçı alimləri ziyalılar iştirak edəcəklər.


Qeyd edək ki, müqəddəs şaban ayının 15-i, yəni müsəlmanların 12-ci imamı Məhəmməd ibni Həsən əl-Əsgərinin mövlud günüdür. “Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” on ikinci imamın ən məşhur ləqəbləridir. Həzrət Peyğəmbərdən(s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o dünyanın sonuna bir gün qalsa belə zühur edərək, ədaləti yer kürəsində bərpa edəcək.

Teqlər: bakı ، Həzrət ، imam ، Məhdi ، mövludu
captcha